Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib

Cəmiyyət A- A A+

Birinci Vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranlarıtəbrik edib.

Eurasia Diary-nin məlumatına görə, təbrikdə bildirilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...