“Məntiqsiz qərarın ləğv edilməsinin vaxtı çatıb” Millət vəkili metronun açılmasını tələb etdi

Cəmiyyət 17:42 17.05.2021

Müasir dünyada ictimai nəqliyyatı sağlam iqtisadiyyat və həmçinin sosial normaların güzgüsü adlandırmaq olar. Bu mənada, pandemiya dövründə Azərbaycandakı ictimai nəqliyyatı “sındırılmış güzgü” adlandırsaq, heç də yanılmarıq.

Ölkədə tüğyan edən pandemiya dönəmində verilən qərarlar hər birimizin həyatına ciddi təsir etdi. Bir çox iş yerlərinin fəaliyyətini dayandırması, işsiz vətəndaşların sayının kəskin artması, nəticə olaraq ailələrin aylıq büdcənin aşağı düşməsi bütün sahələrə, o cümlədən ölkənin iqtisadiyyatına sərt təsir etdi. Qadağalar ictimai nəqliyyat sistemindən də yan keçmədi və çox təəssüf ki, bu gün də davam edir. Pandemiyanın ilk günlərində yoluxma dinamikasının artmaması üçün tətbiq olunan qadağalardan biri də metronun fəaliyyətinin dayandırılması idi. Əlavə olaraq, şənbə və bazar, bayram günləri ictimai nəqliyyatın fəaliyyətin dayandırılması da xəstəliyin yayılmasının qarşısını almaq məqsədi güdürdü.

Amma görünən odur ki, artıq bu qadağaları ortadan qaldırmağın vaxtı çatıb. Çünki yoluxmanın azalması üçün tətbiq olunan qadağalar bu gün əks effekt verməyə başlayıb. Metronun olmaması səbəbindən avtobuslar həddən artıq yüklənib. Bəzən 20-40 kvadratlıq avtobusa eyni anda 60-70 nəfər insan minir. Digər tərəfdən, nəzarətsiz, heç bir qaydalara riayət etməyən taksi və marşrut taksisi sistemi yaranıb. Belə nəqliyyat vasitələrində çoxları maska rejiminə əməl etmir. Bu isə xəstəliyin yayılması üçün ən münbit şərait yaradır.

Yerüstü ictimai nəqliyyatın belə bir vəziyyətdə olması digər nəticələrə də gətirib çıxarır. Adi halda qət edəcəyi yola daha az vəsait sərf edən vətəndaşın nəqliyyat xərci hazırda xeyli artıb. Bu, özünü xüsusən də şənbə-bazar günləri ictimai nəqliyyat tam qadağan edilməsi zamanı göstərir.

Sadaladığımız faktların üzərinə başqa qüsurları da gəlmək olar. Məsələn, yollarda taksilərin sayının kəskin artması səbəbindən tıxacların uzunluğu və intensivliyi də artıb. Bu da sözün birbaşa mənasında insanların həyatından oğurlanan zamandır. Belə şəraitdə əhalinin psixoloji durumunun gərginləşməsi də təəccüb doğurmamalıdır. Bunu isə hər gün sərnişinlər arasında, eləcə də sərnişinlərlə sürücülər arasında münaqişə formasında müşahidə edirik.    

Virusa yoluxma sayındakı müsbət dinamika, sağalanların sayının yoluxanların sayını üstələməsi, ölüm sayının da minimuma enməsi həyatımızı əvvəlki kimi azad yaşamağa sövq verir. Onu da nəzərə almaq lazımdır ki, qarşıdan isti yay fəsli gəlir və belə bir sıxlıqda ictimai nəqliyyatda yol qət etmək, sadəcə dözülməz olur.

Bəs müsbət dinamika zamanı metronun hələ də qapalı qalması doğrudurmu? Artıq paytaxtın əsas nəqliyyat damarının açılmasının, ümumiyyətlə ictimai nəqliyyat sahəsinin nizama salınmasının vaxtı deyilmi?

Məsələ ilə bağlı Eurasia Diary-ə açıqlama verən millət vəkili Fazil Mustafanın fikrincə, metronun açılmasının vaxtı çoxdan çatıb və hətta gecikirik: “Metronun bağlı qalması doğru deyil, metro açılmalıdır. Bu qadağanın pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Metroda elə bir aparat quraşdırılmalıdır ki, yeraltı nəqliyyata minən şəxsdə hansısa problem varsa, onu həmin aparat aşkara çıxartmalıdır. Bu halda avtobusların da yükü azalacaq, ictimai nəqliyyatdan istifadə etmək rahat olacaq. Metroya isə müəyyən aralıqla və məhdud sayda insanların buraxılmasını təmin etmək olar. İçəridə də nəzarət etmək olar ki, insanlar məsafə saxlasın. Metronun bağlı qalması mövcud pandemiyanın yayılmasının əsas səbəblərindən birinə çevrilib. Çünki avtobuslarda sıxlıq olur və virusun yayılması daha çox müşahidə olunur”.

Sıxlıq müşahidə olunan yerlərin, məsələn universitetlərin, ticarət mərkəzlərinin qapalı qalması metrodan istifadənin aşağı düşməsinə səbəb olub. Bəziləri iddia edir ki, metronun bağlı saxlanılmasının arxasında pandemiyaya qarşı mübarizə deyil, məhz yeraltı nəqliyyatın gəlirinin aşağı düşməsi və ziyanla işləməsi durur. Bəs görəsən, metronun bağlı qalması yoluxmanın azalması üçündür, yoxsa gediş qiyməti baxımından sərf etmir. Millət vəkili cavabında “nəyə görədir” sualının məntiqi izahının olmadığını bildirdi. “Pandemiya ilə bağlı olan qərarların çoxu məntiqsiz qərarlardır. Yəni izahı yoxdur. Necə ki, toylara icazə verilməməsi, idman zallarının bağlı olması, o cümlədən metronun bağlı olması da həmin məntiqsiz qərarların içindədir” - deyə, o, fikrini tamamlayıb.

Fazil Mustafa avtobus nəqliyyatına alternativ olan bir çox digər ölkələrdə belə qadağaya gedilmədiyini vurğulayıb: “Məsələn, qardaş Türkiyə. Bu ölkədə də avtobus nəqliyyatına alternativ olan metro nəqliyyatı var və orada metro bağlanmadı. Eləcə də, qonşu Rusiyada. Yəni, bu o deməkdir ki, biz də buna gedə bilərik. Metro bağlananda avtobus yükü çəkə bilmir. Bu da tıxacın yaranmasına və sıxlığın artmasına gətirib çıxarır”.

Qeyd edək ki, mayın 31-də metronun qapalı qalması ilə bağlı qərarın vaxtı bitir. Amma nə zaman açılacağı ilə bağlı hələ də müəmma davam edir. Qapalı qalan iş yerləri açılırsa, sərnişin sıxlığı qaçılmaz olacaq. Bunu yalnız metronun fəaliyyəti ilə balanslaşdırmaq mümkündür. Ümid edirik ki, yoluxma sayının azalması və vaksinləşmə prosesinin sürətlə davam etməsi ölkədə uzun müddət bağlı olan yerlərin açılmasına, metronun fəaliyyət etməsinə və hər şeyin əvvəlki məcrasına qayıtmasına gətirib çıxaracaq.

Nərgiz Kərimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı