Rusiyada Azərbaycanlı biznesmenin bazarları bağlandı

Cəmiyyət 22:58 18.05.2021

Rusiyanın Rostov şəhərində azərbaycanlı biznesmen Kərim Babayevə məxsus bazarların bağlanmasından sonra yaranmış gərgin vəziyyət davam edir. Rusiya regional KİV-ləri xəbər verir ki, bazarların bağlanması nəticəsində işsiz qalan minlərlə ticarətçi ilə məhkəmə icraçıları arasında qarşıdurmalar baş verir. Ticarətçilərin bir qisminə başqa bazarlarda yer təklif etsələr də əksəriyyət hara gedəcəyini bilmir. İşsiz qalan ticarətçilərin arasında çoxsaylı Azərbaycan vətəndaşları da var.

Xatırladaq ki, Kərim Babayev Rostov ətrafındakı Aksay rayonunda yerləşən “Atlant”, “Almaz”, “Klassik” və “Kolxoznıy” bazarlarının, habelə digər çoxsaylı kommersiya obyektlərinin sahibidir. Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Aksay rayonunun başçısı Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da qalanları barədə cinayət işi qaldırılıb. Onlar dövlətə məxsus torpaq sahələrini qanunsuz yollarla ələ keçirməkdə, vergilərdən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Kərim Babayev özü isə həmin gündən etibarən ortalarda yoxdur. Onun Türkiyə üzərindən Azərbaycandakı nüfuzlu qohumlarının yanına qaçdığı bildirilir.

Aprelin 27-də Rusiyanın güc strukturlarının 5 minə qədər əməkdaşı Kərim Babayevin bazarlarını mühasirəyə alıb, yüzlərlə qeyri-leqal miqrant saxlanılıb. Daha sonra bazarlar bağlanıb. Nəticədə bazarlarda işləyənlər bir saatın içində işsiz qalıb.

Ticarətçilər sual edirlər-hakimiyyət nəyə görə bu iri ticarət meydançalarının fəaliyyətinə onillərdir göz yumub, amma birdən ayılıb ki, onların tikildiyi ərazini Vitali Borzenko Kərim Babayevə qanunsuz verib?

Bildirilir ki, ticarətçilərin bir qisminə Rostovun digər bazarlarında 9 minə qədər yer təklif ediblər, meyvə-tərəvəz ticarətçilərinin bir qismi isə köhnə aeroportun ərazisinə köçüb. Lakin heç də hamı köçə bilmir-bağlanmış bazarların ərazisində onların avadanlıqları və hətta ikimərtəbəli pavilyonları qalır.

“Rostov-Bloknot” portalı yazır ki, artıq bazarda ticarətçilərlə məhkəmə icraçıları arasında toqquşmalar baş verir. Bu günlərdə Rostov prokurorluğu ilk dəfə həmin bazarların bağlanması ilə bağlı məsələni şərh edib. Prokuror müavini Kirill Osipçuk bildirib ki, bazarın ərazisində biznesmenlərin əmlakını mühafizə etmək üçün polis əməkdaşları keşik çəkir.

“Orada tədbir keçiriləndə, o cümlədən qaldırılmış cinayət işi çərçivəsində axtarışlar aparılanda bazarların sakinlərinin bir çoxu qaçdılar, hər şeyi atıb getdilər. Bununla bağlı polis əməkdaşlarının bazarda qalan əmlakı mühafizə etməsi üçün növbətçilik təşkil olunub”,-o deyib.

Prokurorluq bazarların yerləşdiyi  6 torpaq sahəsinin müsadirə edilməsi barədə məhkəməyə vəsadət verib, bu vəsadət çərçivəsində bazarlar bağlanıb. Sahibkar isə qərardan şikayət verib. Kirill Osipçuk deyib ki, prokurorluq bazarları hələ 2020-ci ildə yoxlamağa başlamışdı. Lakin onların sahibləri prokurorluqla təmasdan yayınıblar, göndərilən sorğulara cavab verməyiblər və ifadə verməyə gəlməyiblər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı