Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinin zamanı gəlib Türkiyəli qonaqlar BAMF-da

Cəmiyyət 15:52 16.06.2021

İyunun 15-də Türkiyənin tanınmış iş adımı, Mərmərə bölgəsinin ən böyük sənaye mərkəzlərindən olan Gəbzə Ticarət Palatasının sədri Nail Çiler və tanınmış jurnalist Mesut İşık Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Eurasia Diary Analitik-İnformasiya Portalının ofisində olublar. Fondun prezidenti Umud Mirzəyev ilə görüşüblər.

Görüş zamanı ilk öncə BAMF prezidenti Umud Mirzəyev qonaqlara təşkilatın yaradılması, tarixi, müxtəlif sahələrdəki fəaliyyəti və həyata keçirilən çoxsaylı layihələr haqqında məlumat verib. O, qonaqları salamlayaraq qeyd edib ki, təşkilat uzun müddət Azərbaycandakı bir sıra diplomatik nümayəndəliklər, o cümlədən BMT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Türkiyəli qonaqlar Bakıya səfəri zamanı gördükləri və ölkəmiz haqqında öz təəssüratlarını bölüşüblər. İş adamı Nail Çiler Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və qeyd edib ki, səfərinin əsas məqsədi dostu ilə birlikdə Avro-2020-nin Bakıda keçirilən Türkiyə-Uels matçını izləməkdir: “Dünyada bir çox ölkələrə səfərim olub. Elə bir önəmli ölkə yoxdur ki, orada olmayım. Amma nədənsə uzun müddət qardaş Azərbaycana səfər etmək imkanım olmayıb. Bakıda keçirilən Türkiyə-Uels matçı Can Azərbaycanı ziyarət üçün vasitə oldu. Türkiyə komandasının qarşı tərəflə oyununu izləmək üçün Bakıya gəldim”.

Nail Çiler Azərbaycan tarixini yaxından bildiklərini deyib və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün sözlərini xatırladıb: “Dahi Mustafa Kamal Atatürkün bir sözü var: “Azərbaycanın kədəri, bizim kədərimiz, Azərbaycanın sevinci, bizim sevincimizdir”. 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə oldu. O zamandan Türkiyədə Heydər Əliyevin söylədiyi bir sözü tez-tez dilə gətirirlər: “Biz bir millət, iki dövlətik”. Biz bunu heç vaxt yaddan çıxarmırıq və çıxarmayacağıq”.

Qonaqlar Azərbaycanda özlərini yad hiss etmədiklərini və ölkəmizi öz doğma evi kimi hesab etdiyini bildiriblər. “Doğmalıq hava limanındaca özünü göstərdi. Özümüzü öz evimizdəki kimi hiss etdik. Azərbaycanda bizi doğma qardaş kimi qarşılayırlar. Özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan bizim ikinci evimizdir”.

Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Nail Çiler iki qardaş ölkə arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafının əhəmiyyətini yüksək dəyərləndirib. O, Azərbaycanda Türkiyə şirkətlərinin və sənaye müəssisələrinin fəaliyyəti, Türkiyənin ölkəmizə investisiyalar yatırması və türk iş adamlarının buraya marağının artması barədə geniş məlumat verib.

“Artıq iki qardaş ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin zamanı gəlib. Türkiyə və Azərbaycanda azad iqtisadiyyat və azad ticarət nə qədər güclü olarsa, dünyaya o qədər açıq olarıq. Onu da qeyd edim ki, iqtisadiyyatın və ticarətin azad olması iki ölkə arasında sərhədlərin aradan qalxmasına da gətirib çıxara bilər” – deyə  Ticarət Palatasının sədri bildirib.

Görüşdə müzakirə olunan digər məsələ Türkiyənin Kocaeli regionunun Gəbzə bölgəsində uzun müddət həyata keçirilən iqtisadi, sənaye və texnoloji inkişaf ilə bağlı olub. Nail Çiler Gəbzə Ticarət Palatasının sədri olaraq bu bölgə barədə ətraflı məlumat verib. O qeyd edib ki, Gəbzə Türkiyənin ən inkişaf etmiş sənaye və ticarət mərkəzlərdən biridir.

“Türkiyə son zamanlarda sürətlə inkişaf edən bir ölkədir. Gəbzə də Türkiyə daxilində sürətlə inkişaf etmiş bir  bölgədir. Gəbzə zəngin tarixə malikdir. Bu bölgə Fatih Sultan Mehmete ev sahibliyi edib. Fatih Sultanı tanımayan şəxs yoxdur. Köhnə zamanı yeni bir zamanla əvəz edən bir sultandır. Bu bölgədə həmçinin bir çox digər daha şəxslərə aid yerlər var. Bölgənin coğrafiyasına gəlincə isə Gəbzə üç tərəfdən dənizə açılan və Avropanı Asiya ilə birləşdirən bir məkandır”.

İş adamı Gəbzədə ticarətin və sənayenin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: “Gəbzə ticarət üzrə yüksək sıralarda gedən və dövlətə çox vergi ödəyən bir yerdir. Gəbzə bir çox yerli və xaricə şirkətlərə ev sahibliyi edir. Bu bölgə Türkiyənin inkişaf etmiş sənaye və ticarət mərkəzidir. Gəbzədə azad ticarət zonası, 10 böyük sənaye mərkəzi, 8 kiçik sənaye mərkəzi və bir sıra istehsal müəssisələri mövcuddur”.

“Bununla bərabər Gəbzədə Almaniya, Fransa, Amerika, Niderland, Yaponiya və bir çox dövlətlərə məxsus şirkətlər fəaliyyət göstərir. Onu deyim ki, bizim gecə nüfuzumuz 800 min və gündüz nüfuzumuz isə 1,5 milyon nəfərdir. Bölgəmizdə Texnologiya Universitet də fəaliyyət göstərir. Bu universitetin bölgənin sənaye və ticarət sahələri üzrə inkişafına çox böyük təsiri olub” – deyə o, əlavə edib.  

Nail Çiler Gəbzənin fərqli mədəniyyətlərinin birləşdiyi bir yer olduğunu da qeyd edib.

Görüşün sonunda qonaqlar Azərbaycan ordusunun qələbəsi və Qarabağın erməni işğalından azad olunması ilə əlaqədar Azərbaycan xalqını təbrik ediblər: “Azərbaycan 30 il hərbi və strateji cəhətdən güclənib öz torpaqlarını erməni işğalından azad etdi. Bununla əlaqədar Azərbaycan xalqını təbrik edirik. Qarabağın azadlığı Azərbaycanın müstəqilliyini daha da gücləndirdi”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı