Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
***
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.