Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm

Cəmiyyət 19:47 23.07.2021

Dünya şöhrətli fotojurnalist Reza Deqati ilə söhbət

Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati qırx ildir dünyanı gəzərək çəkdiyi fotolarla sülh, insanlara sevgi kimi bəşəri idealları təbliğ edir. Ədalətsizliklə heç vaxt barışmayan fotojurnalist yaradıcılığında Azərbaycan xalqının haqq işi, ədalətli mübarizəsi illərdən bəri xüsusi yer tutur. Reza Deqatinin təkcə iyul ayında Fransanın Pontuaz, Şatovilən, Pyerfit şəhərlərində keçirilmiş sərgi və konfransları Qarabağ həqiqətlərini bir daha geniş auditoriya çatdırdı. Bu tədbirlərin Fransada keçirilməsi, tamaşaçı kontingenti, eyni zamanda, fotojurnalistin uzun illərdən bəri qeyri-adi dərəcədə peşəkar fəaliyyətinin daha bir uğurudur. Qeyd edək ki, “National Geographic”, “Time Photo” və digər populyar jurnallar onun əsərlərinə yer ayırır, fotoları “PixPalace” platformasında yerləşdirilir.

AZƏRTAC dünya şöhrətli fotojurnalist Reza Deqati ilə müsahibəni təqdim edir.

- Siz əsasən müharibədən əziyyət çəkən, qaçqın, köçkün həyatı yaşayan insanları, xarabalığa çevrilmiş məkanları fotolara həkk edirsiniz. Necə oldu ki, Sizi bu ağır mövzu cəlb etdi? Axı həyatın xoş əhval doğuran mənzərələri də var - məsələn, təbiət gözəlliyi, insanların xoşbəxt həyatı və sair.

- On üç yaşımdan əlimə fotoaparat alaraq şəkil çəkməyə başlamağımın iki səbəbi var idi. Biri o idi ki, mən elə uşaqlıqdan gözəlliyi görəndə - gözəl insanı, gözəl təbiət mənzərəsini görəndə ürəyim titrəyirdi. İstəyirdim hamıya deyəm ki, baxın görün bu nə gözəldir. Həmçinin bir dilənçi adamı, ayaqyalın uşağı görəndə ürəyim yenə titrəyirdi. İstəyirdim hamıya deyəm ki, bu uşağın ayaqqabısı niyə yoxdur, bu adam niyə küçədə yatır? Bu iki məsələyə görə mən fotoqrafiyaya gəldim. Eyni hissi indi də yaşayıram. Düzdür, mən daha çox müharibə gedən yerlərdən fotolar çəkirəm. Lakin bu fotolar müharibədən əziyyət çəkən insanlardır. Fotolarımda onların insaniyyətini, yaşadıqları həyatı göstərirəm. Bununla da demək istəyirəm ki, baxın görün, bu gözəl insanlar nə üçün müharibə şəraitində yaşamalıdırlar.

Biri var fotoqraf gedir müharibədə yaralanan, öləni çəkir. Mən isə müharibədə ürəkləri parçalanmış insanların gözlərini çəkirəm, o gözləri ki müharibənin bütün dəhşətləri orada əks olunub.

- İlk fotonuzu çəkdiyiniz günü xatırlayırsınızmı?

- Yaxşı xatırlayıram. Təbrizdə atamın fotoaparatı ilə çəkmişəm. O qədim aparat çəkəndə səs çıxarırdı. Həyətimizdəki ağaca quş qonmuşdu. Əlimdə aparat yavaş-yavaş yaxınlaşdım ki, quş uçmasın. Lakin düyməni yanlış basdım və fotoaparat çox səs elədi, quş uçdu, çəkdiyim isə ağacın fotosu oldu. Ona görə indi həmişə elə aparat götürürəm ki, çox səs etməsin.

- Foto və sənət haqqında söhbəti davam etdirməzdən əvvəl istərdik ki, həyat yolunuzdan danışasınız. Tələbə olarkən həbs edilmisiniz. Necə oldu Fransaya getdiniz?

- Mən Təbrizdə anadan olmuşam və böyümüşəm. Atam-anam Ərdəbildəndir. Hər yay ora gedərdik. Dediyim kimi, 13 yaşımdan başladım foto çəkməyi öyrənməyə. O vaxt xüsusi təlim yox idi. Ona görə də iki-üç ilə öyrəndim. On altı yaşımda isə məktəbdə bir jurnal çıxarmağa başladım. Adını “Uçaq” qoymuşdum. İki nömrəsindən sonra təhlükəsizlik orqanlarından adamlar məni yaxaladılar ki, kim sənə jurnal buraxmağa icazə verib. Onlar jurnalı cırdılar, məni möhkəm kötəklədilər və dedilər ki, bir də “belə iş” görməyəcəksən. Lakin onların hədə-qorxusu məni yolumdan döndərə bilmədi. Təbriz uşağı bilmirsiz necə olur? Həmin vaxtdan jurnalistlik məni özünə çəkdi. Kəndlərə gedərək orada yoxsul, acınacaqlı vəziyyətdə yaşayan insanların fotolarını çəkməyə başladım. Əlbəttə ki, bunların hamısını bir yerdə sərgiləmək mümkün deyildi. Ona görə gecələr fotoları divarlara yapışdırır və aşağısında onları hansı kənddə çəkdiyimi, o insanların ağır güzəranda yaşadıqlarını yazırdım. Artıq tələbə idim, memarlıq üzrə təhsil alırdım. İnsanlar o fotolara gəlib baxırdılar. Bilməzdim ki, fotolar belə maraqla qarşılanacaq. Ona görə təhlükəsizlik orqanları məni yaxaladı, üç il həbsdə qaldım, beş ay isə işgəncə verdilər. Həbsxanadan buraxılandan sonra foto çəkməyə davam etdim. İran inqilabı günlərində fotolar çəkdim. O zaman xaricdən jurnalistlər gəlirdi. Mənim bir fotoaparatım var idi. Onlar isə 3-4 fotoaparatla sürətlə ora-bura qaçırdılar. Onlar da, mən də fransız və ingilis dillərini yaxşı bildiyimiz üçün ünsiyyət qura bildik. Mən onlara memar olduğumu, fotoları öz istəyimlə çəkdiyini söylədim. Lakin onlar bu fotoların çox yüksək səviyyədə olduğunu bildirir, mənim bu işi kimdən öyrəndiyimi soruşurdular.

Bu minvalla, mənim yaxşı foto çəkməyim xarici jurnalistlər arasında yayılmağa başladı və jurnallardan mənə təkliflər gəldi. Çəkdiyim fotolar “Newsweek” (ABŞ), “Paris Match” (Fransa), “Eastern” (Almaniya) jurnallarında dərc edildi. Yavaş-yavaş tanınmağa başlandım. Həbsdə olduğum zaman orada gördüyüm bir sıra insanlar sonradan vəzifəyə qoyulmuşdular. Mən isə İran inqilabından sonra da ölkədə çətin durumda yaşayan, əzab-əziyyətə məruz qalan insanların fotolarını çəkməkdə davam edirdim. Çox təqiblərə məruz qaldım və İranı tərk edərək Fransaya gəldim.

- Parisdə foto agentliyi yaratmısınız. Bunun tarixçəsini danışardınız.

- Mən fransız foto agentlikləri və jurnallarla işləsəm də, əslində həmişə müstəqil olmuşam, indi də müstəqiləm. Həyat yoldaşımla 1992-ci ildə qərara gəldik ki, öz agentliyimizi yaradaq. O, yazıçıdır, mən isə fotoqraf. Beləliklə, “Webistan” foto agentliyinin əsası qoyuldu. Bu gün agentlik böyük nüfuza malikdir. O zaman “Web” sözü indiki kimi çox işlənmirdi. Necə deyərlər fotolarımla “Web”də bir məmləkət düzəltdim.

- Yeri gəlmişkən, bir qədər də ailə həyatınızdan söz açardınız...

- Həyat yoldaşım Fransanın cənubundandır. 1989-cu ildə tanış olmuşuq. İki övladımız var. Oğlum Delazad 27 yaşındadır. Menecment üzrə təhsil alıb. Rejissor işləyir, ssenari, kitab yazır. Qızım Canan 23 yaşındadır. İki universitetdə - Luvr məktəbində incəsənət tarixi, Sorbonda fransız ədəbiyyatı üzrə təhsil alıb.

- Müsahibələrinizin birində demişiniz ki, ilin 9 ayını səfərlərdə olursunuz. Ailənizdə buna necə baxırlar?

- Əslində ən böyük şansım həyat yoldaşımla tanış olmağımdır. Mənim ilin 9 ayını səfərlərdə olduğumu eşidən hər kəs təəccüblənir. Lakin bir dəfə həyat yoldaşım bu suala gözəl cavab verdi: “Bilirsiniz, mən Reza ilə tanış olan vaxtlarda da o, səfərlərə gedirdi. Mən onu evdə saxlasam, həmin Reza olmayacaqdı. Mən istəmirəm onu dəyişəm. İstəyirəm ki, Reza öz yoluna davam etsin və ona dəstək olum”.

Başqa ölkədən evə zəng edəndə yoldaşım hər şeyin qaydasında olduğunu deyir. Evə qayıdanda isə görürəm ki, öz əli gipsdədir, dam tökülüb. Soruşuram bəs niyə demədin? Cavabı bu olur ki, sən Əfqanıstan dağlarında foto çəkirsən. Bunları desəydim, narahat olacaqdın, fikrin qarışacaqdı.

- Sizi Azərbaycanda, xüsusən Qarabağda tez-tez görürük. Reza Deqatini bu yerlərə qan bağlılığı çəkir, yoxsa peşə marağı? Bəlkə ədaləti fotonun dili ilə çatdırmaq istəyi?

- Bilirsiniz, mən görürəm ki, 30 il ərzində bu ərazi ermənilər tərəfindən işğal altında saxlanılıb. Eyni zamanda, görürəm ki, düşmən xaricdə bunun tam əksini deyir. Mən dünyaya göstərmək istəyirəm ki, azərbaycanlılara zülm edilib, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xocalıda azərbaycanlılara soyqırımı törədilib. Amma Avropada, Amerikada düşmən elə təbliğat aparır ki, elə bil bu işlərin hamısını azərbaycanlılar görüblər. Bu, ədalətsizlikdir. Hətta azərbaycanlı olmasam da bu ədalətsizliyi ürəyim qəbul etməz. Fransada sərgi, konfrans keçirirəm və ermənilər gəlib əleyhimə danışırlar, sərgini dağıdırlar ki, guya yalan deyirəm. Kimlər məni orada müdafiə edir? Fransalılar. Fransada deyirlər ki, bu adamı biz 40 ildir tanıyırıq. Onun Afrika ölkələrində, Əfqanıstanda, Livanda, Suriyada gördüyü işlərlə tanışıq. Dünyanın hər yerindən bizə düz söz gətirib.

Yeri gəlmişkən, mən sənətimdə peşəkarlığı həkimliklə müqayisə edərdim. Dünyada harada yaşayırsan yaşa, gərək həqiqəti deyəsən. Mən də deyirəm, baxın, gəlin görün, Qarabağda nə olub. Onu da deyim ki, Əfqanıstana, Ruandaya, yaxud Livana getməzdən əvvəl böyük media qurumları ilə əlaqə saxlayıram. Onlar da mənimlə əməkdaşlıq edirlər. Qırx ildir bu cür işləmişəm. Ancaq Qarabağa gedərkən böyük media qurumları mənimlə əməkdaşlıq etmək istəmədilər. Hətta mənə “Ermənistana getsəniz, pulunuzu da verərik, biletinizi də alarıq” deyildi. Ermənistan tərəfdə Fransadan 80 jurnalist və fotoqraf var idi. Azərbaycana isə bir-iki fransalı jurnalist gəlmişdi ki, onların da yazılarında qərəzli mövqeyi görmək mümkündür.

Mən biletimi özüm aldım, Fransada hətta bir obyektivimi pul üçün satdım. Çünki məqsədim Qarabağa gələrək həqiqəti fotolarla dünyaya çatdırmaq idi.

Bilirsiniz, iki-üç illik layihələr çərçivəsində mənim həmişə işim olur. Elə bu dəfə də BMT ilə bağlı Afrikada çox böyük bir işim olacaqdı. Maliyyə zərərinə baxmayaraq, bütün bunlardan imtina etdim və Qarabağ uğrunda aparılan ədalətli müharibəni çəkməyi qərara aldım. Nə qədər imkanım olacaq, sərgilər, konfranslar keçirəcəyəm və Qarabağ həqiqətlərini dünyaya yayacağam. İndiyədək dünyanın ən böyük və əksər şəhərlərində 460 sərgim olub, ən böyük universitetlərdə, şirkətlərdə 500 dəfə konfrans keçirmişəm. İyul ayında Fransanın dörd şəhərində də sərgim oldu. Sərgidən sonra keçirdiyim konfranslarda həm fotoları göstərir, həm də Qarabağ haqqında danışır, orada törədilmiş vandalizmi fotolarımla çatdırırdım. Fransadakı konfransa ermənilər də gəlmişdilər. Onlar vaxtilə mənim Xocalı həqiqətləri ilə bağlı sərgimə gələrək fotoları cırmışdılar. Bu konfransda da mən fotolarım haqqında məlumat verəndən sonra Qarabağdan, ermənilərin təxribatından danışdım, fotolarımı göstərdim. Bu dəfə onlar söz deməyə cürət etmədilər. Çünki onlar tədbirdə iştirak edən fransalıların mənə necə inandıqlarını gördülər və bildilər ki, nə desələr onların öz əleyhinə olacaq. Fransızlar məni ayaqüstə alqışlayanda onlar da ayağa qalxmağa məcbur oldular.

- Münaqişə zonalarında çəkilişlər aparmaq həm də təhlükəlidir. Bilirik ki, Kəlbəcərdə olarkən bir addımlığınızda mina tapıldı. Belə təhlükələrlə çoxmu qarşılaşmısınız? Qorxduğunuz hallar olubmu?

- Bilirsiniz, mən 40 ildir müharibə gedən ərazilərdə foto çəkirəm. Bəlkə 100 dəfədən çox olub ki, gözümü yumaraq demişəm: Reza, deyəsən, axırın çatıb sənin. Gah yaxınlıqda bomba partlayıb, gah güllə keçib. Bir də ki mən qorxmaq nə olduğunu anlamıram. Adam nədən qorxur? Ondan ki, hələ baş verməyib. Əgər baş verməyibsə, nə üçün qorxmalıdır? Bir də deyərlər ki, qorxmaq ölümün yarısıdır. Adam ki qorxdu, təlaşa düşdü, özünə nəzarəti itirəcək, hətta sağ əvəzinə sola gedə bilər, bəlkə də elə mina oradadır. Ona görə məndə qorxu hissi yoxdur. Hətta jurnalistlərdən biri deyirdi: “Bilirsiniz, bu Reza necə adamdır. Birdən partlayış olur, hamı oradan çıxıb qaçır, Reza isə qaça-qaça ora gedir”.

Mən elə yerlərdə olmuşam ki, onu çəkmək həm çox vacib, həm də çox təhlükəlidir. Birinci Qarabağ müharibəsində Xocalını çəkəndən sonra bir ay qaldım Füzulini, Cəbrayılı çəkim. Şuşaya getmək istəyirdim. Şuşaya çatanda dedilər ki, yol bağlıdır, ermənilər yolu atəşə tuturlar. Soruşdum, bəs başqa yol yoxdur? Bir əsgər gülərək Cıdır düzü istiqamətini göstərdi. Dedim, mən Əfqanıstanda on ildir dağlardan keçərək foto çəkirəm. Əsgərin göstərdiyi istiqamətdə getdim. Dağdan çıxan snayperlər üç dəfə atdılar. Güllənin biri papağımı apardı, biri qulağımı cızdı, biri də iki ayağımın arasından, ayaqqabımın yanından keçdi.

- Müharibələrin gətirdiyi fəlakətləri, insan əzablarını çəkərkən yəqin ki ürəyiniz ağrıyır. Bəs sevindiyiniz, rahatlıq tapdığınız məqamlar olubmu? Tutalım, sizin münaqişə zonasında çəkdiyiniz fotolar kiminsə öz qohumunu, yaxınını tapmağa kömək edir, yaxud insan həyatını xilas edir.

- Mənim fotoqraf fəaliyyətim məlumdur, lakin humanitar fəaliyyətimi çox az adam bilir. 1983-cü ildən bir fond yaratmışam. Müharibə gedən ölkələrdə məcburi köçkünlərin uşaqlarına foto çəkməyi, jurnalistliyi öyrədirəm. 90-cı illərdə Bayılda Zəngilandan olan 46 ailə məskunlaşmışdı. Şəraitləri çox ağır idi. Mən onlar üçün öz vəsaitimə məktəb yaratdım. Həmin məktəb indi də qalır. Amma heç kəs bilmir. Mənim xeyriyyə fəaliyyətim dünyada foto fəaliyyətimlə paraleldir. Azərbaycanda da bir planım var. Şəhid övladlarına foto çəkməyi öyrətmək istəyirəm. Bəlkə onları bir zaman özümlə Qarabağa da apararam ki, atalarının keçdiyi döyüş yolu haqqında onlarda geniş təsəvvür yaransın.

- Çəkdiyiniz fotolar insanlara təsir edir. Sizin özünüzü təsirləndirən hansı fotodur?

- Gördüklərim məndə emosiya doğurmasa, ürəyimi titrətməsə, gözümdən yaş gəlməsə mən onu çəkə bilmərəm. Mən müharibə fotolarının, məcburi köçkün fotolarının bəlkə yarısından çoxunu göz yaşımla çəkmişəm, digər yarısını da ürəyimin qanı ilə. Qırx ildir müharibənin doğurduğu fəlakətləri, yaralı insanları, məcburi köçkünləri, ata-anasını itirmiş gözüyaşlı uşaqları görürəm. Lakin hər dəfə mənə elə gəlir ki, bunu ilk dəfədir görürəm, çünki o qədər mənə təsir edir.

- Fotokamera indiyədək ixtiraların ən güclüsüdür, hətta silahdan da güclüdür – bu Sizin sözünüzdür. Fotokameranın ixtirasından sonra dünyanı dəyişən kəşflər olub. Kinokamera, internet, süni intellekt... Yəni fotokamera doğrudanmı bəşəriyyətin ən böyük kəşfidir?

- Elədir ki var. Çünki internetdə, hətta jurnalda, digər media məhsullarında nə var? Bir yazı, bir də foto. Fikrimcə, bütün bəşər mədəniyyəti yeni bir dil tapıb. Biz indi Azərbaycan dilində danışırıq. Biri ingiliscə, digəri fransız və ya başqa bir dildə danışır. Hər kəs öz dilində danışır. Foto isə universal dildir. Mənim sərgim Çində də, Yaponiyada da, Afrika ölkələrində də nümayiş olunur və ayrı-ayrı dillərdə danışan insanlara təsir edir. Amma mən onların dilini bilmirəm. Əminəm ki, bu silahla - fotoaparatla çəkilən şəkillər insanları, dünyanı dəyişir.

- Siz həm də bir sıra kitabların müəllifisiniz...

- İndiyə kimi 34 kitabım çıxıb. İkisi Azərbaycan haqqındadır, birini də hazırlayıram. Haqqımda Avropada, Amerikada, “National Geographic”də, Fransa televiziyasında 10-dan çox sənədli film çəkilib. Dünyanın müxtəlif ölkələrində mindən çox şagirdim olub.

- Sənədli fotoqrafiya ilə məşğul olanlara tövsiyəniz? Yaxşı fotonu necə çəkmək olar?

- Yaxşı fotonu ürəklə çəkmək olar. O fotolar ki, beyinlə çəkilir, yəni bunu buraya, yaxud başqa bir yerə qoyaraq foto çəkmək faydasızdır. Əslində fotoaparat gərək təkcə əldə yox, ürəkdə də olsun.

- Sənətinizdə ən böyük uğurunuz...

- İçərişəhərdə yaşadığım evdən bir gün səhər erkən çıxmışdım. Bir qadın küçəni süpürürdü. Məni görəndə əl saxladı və soruşdu: “Siz Reza bəy deyilsiniz?” Dedim ki, bəli. Əllərini göyə qaldıraraq söylədi: “Allah Sizi qorusun. Siz bizim səsimizi hər yerə çatdırırsınız”.

- İnsan yaşa dolduqca torpaq onu özünə çəkir. Ürəyinizdən nə vaxtsa Ərdəbildə, Təbrizdə, yaxud Azərbaycanda yaşamaq istəyi keçirmi?

- Bu gün hansısa ölkədə yaşamaq mənim üçün o qədər də fərq etməz. Həmin yerdə gördüyüm iş mənə bəsdir. Əgər mənim burada olmağımın Azərbaycan xalqına xeyri olarsa, onda qalacağam. Əgər görsəm ki, bu, xalqa xeyir gətirmir, ya da xalq mənim burada qalmağımı istəmir, o halda qalmayacağam. Elə o yoldakı qadının söylədiyi mənim üçün çox dəyərlidir. İki milyon foto çəkmişəm. Onların hər biri mənə maraqlıdır, çünki onların hər birinə ürəyimi qoymuşam.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı