Xocalıda silah-sursat aşkar edilib | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Xocalıda silah-sursat aşkar edilib

Cəmiyyət A- A A+

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan EDNews.net-ə verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürüblər. Həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...