Azərbaycanda dünya çempionu həbs edilib | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Azərbaycanda dünya çempionu həbs edilib

Cəmiyyət A- A A+

Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

EDNews.net-in əldə etdiyi məlumata görə, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X. Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

X. Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...