Benzin qiymətinin dəyişikliyi ilə bağlı - SOCAR-dan növbəti açıqlama | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Benzin qiymətinin dəyişikliyi ilə bağlı - SOCAR-dan növbəti açıqlama

Cəmiyyət A- A A+

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir”.  

EDNews.net xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində sözügedən markalı benzinin qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib. 

“Qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı.

Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”, - deyə İ. Əhmədov bildirib. 

Qeyd edək ki, sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...