Sabahın hava proqnozu açıqlandı | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət A- A A+

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən EDNews.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.
Sentyabrın 20-də Abşeron yarımadsında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...