Azərbaycanda koronavirusa daha 1 099 yoluxma faktı qeydə alınıb, 18 nəfər vəfat edib - ednews.net

28 Oktyabr, Cümə axşamı

Azərbaycanda koronavirusa daha 1 099 yoluxma faktı qeydə alınıb, 18 nəfər vəfat edib

Cəmiyyət A- A A+

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...