Hakerlər populyar onlayn kazinodan azərbaycanlı oyunçuların məlumatlarını oğurlayıb - ednews.net

29 Noyabr, Bazar ertəsi

Hakerlər populyar onlayn kazinodan azərbaycanlı oyunçuların məlumatlarını oğurlayıb

Cəmiyyət A- A A+

Naməlum haker məşhur onlayn kazinonun məlumat bazasına girib və bütün oyunçuların şəxsi məlumatlarını oğurlayıb.

EDNews.net xəbər verir ki, bu barədə BI.ZONE şirkəti məlumat yayıb.

Məlumata görə, haker Pin-Up.bet kazinosunun təhlükəsizlik sisteminə daxil olaraq 10 milyona yaxın oyunçunun məlumatlarını oğurlamağı bacarıb. Bunlardan təxminən 8 milyonu Rusiya, 600 mini Türkiyə vətəndaşıdır. Qurbanların arasında Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrindən olan oyunçular da var. Azərbaycandan hakerin qurbanı olan oyunçuların dəqiq sayı məlum deyil.

Kiber cinayətkarlar müştərilərin maliyyə məlumatlarını, ünvanlarını, doğum tarixlərini, telefon nömrələrini və digər məlumatlarını əldə edə bilib.

Məlumatları hakerlər satışa qoyub və kriptovalyutada fidyə istəyib.

Pin-Up.bet platforması totalizatorda və onlayn kazinolarda oynamağa imkan verir. Qeyd edək ki, Rusiyada onlayn kazinolar qadağandır, amma Azərbaycanda bu sayt bloklanmamışdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...