Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyev dəfn edilib - FOTOLAR - ednews.net

27 Noyabr, Şənbə

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyev dəfn edilib - FOTOLAR

Cəmiyyət A- A A+

Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əfqan Həmzəyev Goranboyda dəfn olunub.

EDNews.net APA-ya istinadən xəbər verir ki, şəhid doğulduğu Borsunlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...