Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq - İlham Əliyev - ednews.net

3 Dekabr, Cümə

Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq - İlham Əliyev

Cəmiyyət A- A A+

“Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir”.

EDNews.net-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməlinin qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. “Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...