Azərbaycanda İrana məxsus “Səhər” telekanalının internet saytına giriş məhdudlaşdırılıb.
EDNews.net xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın zəhərli düşüncələrini Azərbaycanda yaymaqla məşğul olan “Səhər” telekanalının internet saytı (azeri.sahar.sahartv.ir) Azərbaycanda bloklanıb.
Xatırladaq ki, bir neçə gün öncə İrana bağlı və İranın siyasi düşüncələrini Azərbaycanda təbliğ edən bir neçə sayt və youtube kanalı da bağlanın.