Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlanıb - ednews.net

29 Noyabr, Bazar ertəsi

Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlanıb

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan EDNews.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489032 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib, aktiv xəstə sayı 28761 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13827, ötən müddət ərzində isə ümumilikdə 5158035 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...