27 ildən sonra düşmən işğalından azad edilən Ağdamda Şəhidlər xiyabanının və xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri yayılıb.
EDNews.net xəbər verir ki, işğal zamanı erməni vandallarının dağıtdıqları Ağdam Şəhidlər xiyabanı tamamilə tanınmaz halda olub. Təəssüf ki, ərazi ilk baxışda məzarlığı xatırlatmırdı.
Belə ki, 44 günlük Vətən müharibəsində iştirak edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Rövşən Cahangirov məzarlığın ərazisini tapmağa müvəffəq olub. Burada Milli Qəhrəman Allahverdi Bağırovla yanaşı 90-cı illərin Qarabağ müharibəsində şəhid olmuş bir neçə şəxsin də məzarı var.
Vətən müharibəsində iştirak edən DSX əməkdaşı Rövşən Cahangirov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, R.Cahangirov media sahəsində də fəaliyyət göstərib. Xidmətlərinə görə “Əməkdar jurnalist” adına layiq görülüb.
Ağdam Şəhidlər xiyabanının işğaldan azad olunduqdan sonra ilkin görüntülərini təqdim edirik: