Kliniki ölüm keçirmişdi - Əməkdar artist necə sağaldı? - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Kliniki ölüm keçirmişdi - Əməkdar artist necə sağaldı?

Cəmiyyət A- A A+

Avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə (KTM) ağır vəziyyətdə gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən Əməkdar artist Elizbar Osmanov sağalıb.

Bu barədə KTM-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 26-da xəstəxanaya gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb: 

“E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb”.

Xatırladaq ki, Əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.

Xatırladaq ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...