Noyabrın 26-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə yaradılan UNEC, ADA və Xəzər universitetinin “3Zero” klub üzvləri Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.
Online formatda keçirilən görüş zamanı professor Məhəmməd Yunus klub üzvlərini salamlayıb və Azərbaycanda belə klubların yaradılmasına dəstək verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə öz təşəkkürünü bildirib. O, çıxışında, görüşün əsas məqsədinin gəncləri tanımaq, onların fəaliyyətləri ilə yaxından tanış olmaq və gələcək hədəflərini öyrənmək olduğunu qeyd edib. Tədbirin xüsusi qonağı Umud Mirzəyev bu təşəbbüsü çox yüksək qiymətləndirdiyini və hər zaman lazımi dəstək göstəriləcəyini bildirib, gənclərə uğurlar arzulayıb.
Daha sonra “3Zero” klublarınn əsas simaları olan Xudaverdi Quliyev, Con Ayomide Aroqun və Mədinə Vəliyeva öz klubları haqqında çıxış ediblər. Onlar növbəti hədəflərinin digər universitetlərimizdə də “3Zero” klubların yaradılması olduğunu bildiriblər.