DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

Cəmiyyət A- A A+

Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən EDNews.net-ə bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...