Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı - Açıqlama - ednews.net

17 Yanvar, Bazar ertəsi

Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı - Açıqlama

Cəmiyyət A- A A+

Xızı rayonu ərazisində qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli hərbi helikopterində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun hazırkı vəziyyəti açıqlanıb. 

EDNews.net xəbər verir ki, bu barədə “Qafqazinfo”ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Hospitalına yerləşdirilən hər iki hərbçinin səhhəti normaldır və müalicələri davam etdirilir. 

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya düşüb. Hadisə nəticəsində 14 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb.

 

Faktla əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...