Bakıdan göndərilən təyyarə Ermənistanda niyə vuruldu?

Cəmiyyət 12:54 07.12.2021
7 dekabr 1988-ci il... Həmin tarixdə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. 
 
11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. 
 
Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu. 
 
Ermənistan rəsmiləri və medisı bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradığını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə uçan “İL-76M” yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”. 
 
69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında oturmuş Fəxrəddin Balayev sağ qalmışdı. 
 
Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.
 
O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib.
 
Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçuları Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurmuşdulаr.
 
Deyilənə görə, Spitak zəlzələsinə görə ABŞ-a səfərini yarımçıq qoyan SSRİ prezidenti Mixail Qorbaçov da təyyarə ilə Gümrüyə eniş edərkən son anda qəzadan qurtulmuşdu.
 
Azərbaycandan Ermənistana gedən təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında idi və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər. 
 
Qəzadan sağ qurtulan yeganə şəxs - Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.
 
Spitak zəlzələsi bütün SSRİ-ni sarsıtmışdı və müttəfiq respublikaların bütün rəhbərləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov da Ermənistana yollanmışdı.
 
Bununla yanaşı, Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər təşəkkürnamələrlə mükafatlandırılmışdılar.
 
Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstərmişdilər.
 
Həmin vaxt Ermənistana dəmiryolu xətti ilə gətirilən yardımların 85 faizi Mahaçqala-Bakı-Naxçıvan-Yerevan xəttinin payına düşürdü.
 
Amma həmin vaxtlar Qarabağda yaranmış gərginlik artıq Azərbaycan və Ermənistan arasındakı münasibətlərə öz mənfi təsirini göstərmişdi.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı