Bakı məktəblərində valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək - ednews.net

16 Yanvar,

Bakı məktəblərində valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək

Cəmiyyət A- A A+

"Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub".

EDNews.net xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: "Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".

M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir: "Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir".

Qeyd edək ki, son zamanlar sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi ciddi müzakirə mövzusu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...