Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev İTV-də “Diqqət Mərkəzi” verilişində çıxış edib. EDNews.net xəbər verir ki, U.Mirzəyev ölkə gündəmində ən çox müzakirə olunan Qarabağa təhlükəsiz qayıdış mövzusunda fikirlərini bölüşüb.
BAMF rəhbəri ötən gün bir qrup azərbaycanlı ziyalı ilə birgə Hadrut və Füzuliyə səfər barədə danışıb.
“Qarabağa qayıdış minaların təmizlənməsindən, Qarabağın təhlükəsizliyindən keçir. Səfərimizin məqsədi qayıdış prosesinə dəstək olmaq və töhfə verməkdir”.
U. Mirzəyev BAMF-ın Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlığından da söz açıb.
“Bu günümüzün qəhrəmanları minaaxtaranlardır. ANAMA yarandığı ilk gündən Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edir. Bu günlərdə ANAMA yanında İctimai Şurada təmsil olunan həmkarlarla Ağdam, Tərtər, Suqovuşanda mina təmizlənməsi həyata keçirilən ərazilərdə olduq, yerli icma nümayəndələri, mina axtaranlar və onların rəhbərlərilə görüşdük, onların sosial problemlərini dinlədik, əməliyyat apardıqları ərazilərlə tanış olduq”.
BAMF rəhbərinin sözlərinə görə, Azərbaycan dünyada minalarla ən yüksək çirklənmə dərəcəsi olan on ölkədən biridir. Ərazi həcmini nəzərə alsaq, bəlkə daha ön sıradadır.
“Təxminən 70 milyon kvadrat ərazi təmizlənib, 30 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib”.
Daha ətraflı videoda: