Bakıda Yeni il hazırlıqları: “Uzağı bir yemək, bir salatla evdə yola verəcəm...” Əhval-ruhiyyə fərqlidir

Cəmiyyət 12:32 27.12.2021

Bir neçə gün sonra 2021-ci il başa çatır və Yer əhalisi yeni təqvim ilini qarşılamağa hazırlaşır. Koronavirus pandemiyasının “omikron” ştamı ilə  tüğyan etdiyi dünyada Yeni il əhval ruhiyyəsi də ziddiyyətlidir, o cümlədən Azərbaycanda və onun paytaxtı Bakıda. Artıq xəbər verildiyi kimi “omikron” ştamının yoluxmaları kəskin artırması üzündən dünya üzrə minlərlə aviareyslər təxirə salınır, insanların Yeni il səyahətləri planları pozulur. Yaxud bir çox ölkələr karantin tədbirlərini bərpa edərək kütləvi bayram şənliklərini məhdudlaşdırırlar.

Azərbaycanda isə  ötən il Vətən Müharibəsində verdiyimiz minlərlə şəhidə görə yeni ili təntənəli qeyd edən olmadı. Amma bu il xüsusilə paytaxtın mərkəzi küçə və parklarında bayram əhval-ruhiyyəsi var. 

Mərkəzi küçələr bəzədilib, meydanlarda, parklarda yolkalar qurulub. Bir çox metro stansiyalarının yaxınlığında bayram yarmarkaları açılıb, o cümlədən Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkası keçirilir. Ticarət mərkəzlərində də canlanmadır, alış-veriş edənlər, bayrama bacardıqları ölçülərdə hazırlıq görənlər artıb. Turizm bölgələrində isə Yeni ilə görə bütün otellər dolub, üstəlik xarici ölkələrə səyahət edə bilməyib regionlara üz tutan imkanlı müştərilərə görə qiymətlərin fantastik dərəcədə artması müşahidə olunur.

Paytaxtdakı restoranlarda, şadlıq evlərində əyləncə proqramları ilə bağlı günlərdir elanlar verilir. Bakıdakı bahalı restoranlarda, o cümlədən rayonlardakı otellərdə yerlər artıq dolub. Nazirlər Kabineti yanında Operativ Qərərgah dekabrın 11-də qəbul etdiyi qərarla 150 nəfərdən çox qonaq olmamaq şərtilə ictimai iaşə obyektlərinin gecə saat 2-dək fəaliyyət göstərməsinə icazə verib.

EDNews.net virtualaz.org-a istinadən bildirir ki, bayramöncəsi paytaxtdakı vəziyyətlə maraqlanıb və müşahidələr bunu göstərib ki, şəhərin mərkəzi səmtlərində bayram hazırlıqları nəzərə çarpır, amma mərkəzdən kənarlarda  bayram əhvalı o qədər də hiss edilmir. 

Metronun qarşısında bayram çadırları

Metronun “28 May” stansiyasının yaxınlığında bir neçə bayram çadırı qurulub.  Satıcılar deyirlər ki, son dörd-beş ilə nisbətən alver zəifləsə də, ötən illə müqayisədə bugünkü vəziyyətdən məmnundurlar. Çünki alış-veriş yenidən canlanıb, pandemiya səbəbindən son iki ildir anbarlarda qalan malları sata bilirlər. Üstəlik, bu il Çindən mal sifariş etməyə imkan yaranıb.  

Yarmarkanın girəcəyində satıcılardan biri Çindən gətirilən oyuncaq şaxta babalarla bağlı sualları cavablandırır. Deyir ki, oyuncaq “şaxta baba” 100 manat, “santa-klaus” isə 120 manatadır. Çünki şaxta babanı düymə ilə işə salırsan, santa-klaus  səsə  reaksiya verir, oxuyub-oynamağa başlayır. 

Ümumilikdə, yarmarkada Şaxta babaların qiyməti 3 manatdan başlayır, 150 manatadək davam edir. Amma Yaşar adlı satıcı bildirir ki, yarmarkanın fəaliyyətə başladığı gündən indiyə qədər bir dənə də olsun şaxta baba oyuncağı sata bilməyiblər. Müştərilər əsasən Çindən gətirilən ucuz yolka, 2022-ci ilin rəmzi olan pələng, rəngli işıqlar,  yolkanın bəzədilməsi üçün oyuncaqlar alırlar.

“Bayramın da dadı-duzu qalmayıb...”

 Alıcılardan biri isə söhbətə qoşularaq  deyir ki, 90 santimetr hündürlüyündə yolka ağacı ötən il 12 idi, bu il isə 15 manat olub. Ən ucuz yolka oyuncağı 1 manat 50 qəpiyədir. Yolka bəzədilməsi ən azı 50 manata başa gəlir.  Uşağa görə evi bəzəməyə məcbur olsa da, deyir ki, yolkaya çox  pul xərcləmək istəmir.

“Doğrusu,  bayram əhval-ruhiyyəsi yoxdur, bayramın əvvəlki dadı-duzu qalmayıb.  Yolka bəzəməyə də həvəs yoxdu. Yolkadansa, rəngli işıqlar alıb qapı pəncərəyə vuracam, ən azından uşaqlar sevinsinlər”,-alıcı əlavə edib.

Satışda 2-3 metr hündürlüyündə  yolka ağacları da var. Amma satıcılar bildirirlər ki,  pandemiya başlayandan bu yana böyük yolka ağacı sifariş verən yoxdur. Halbuki, pandemiyadan əvvəl  şirkətlər, məktəblər, bağçalar, kafe-restoranlar dekabrın əvvəlindən böyük ölçüdə yolkalar sifariş verirdilər: “Bu yolkaları pandemiyadan əvvəl Çindən gətirmişdik, amma sata bilmədik. İndi təkrara yarmarkaya çıxarmışıq. Yəqin ki, yenə də anbara geri qaytaracağıq”.

Alıcılardan biri danışır ki, az-çox uşaqlarda,  yaşlılarda bayram həvəsi qalıb, yeniyetmələrə, gənclərə bayramlar maraqlı deyil. Bir tərəfdən, pandemiya, bahalıq, dolanışığın çətinləşməsi bayram əhvalını korlayıb.

Mərkəzdən kənarda isə bu günlərdə  həyat öz adi axarı ilə gedir, bir neçə yerdə bayram yarmarkaları quraşdırılsa da, alıcı kasaddır. Məsələn, metronun “Neftçilər” stansiyasının qarşısındakı yarmarkanın satıcıları deyirlər ki, heç  içəri keçib, qiymətlərlə maraqlanan da yoxdur. 

“İnsanların üzündən təbəssüm yoxa çıxıb...”

“Doğrusu, özüm yeni il oyuncaqları satsam da evimdə yolka quraşdırmamışam. Uzaq başı bir yemək, bir salatla yeni ili yola verəcəm” – yarmarkanın satıcısı əlavə edir. Deyir ki, dini inanclıdır,  yolkaya pul xərcləməyi israfçılıq hesab edir.

Ələmdar adlı satıcı isə deyir ki, uşaq bağçaları olmasaydı, bir yolka belə sata bilməzdi.  Son iki-üç gündə satışa çıxardığı uşaqlar üçün şaxta baba paltarlarının hamısını alıblar.  1-6 yaşlı uşaqlar üçün şaxta baba paltarı 9, yuxarı yaşlılar üçün 15 manatadır. "Santa klaus" papaqları isə 3 manatdan ucuz deyil. Paltarlar dediyinə görə, Türkiyədən sifarişlə gətirilib.

Yaşlı qadın danışır ki, əvvəllər Yeni ilin gəlişini böyük təntənə ilə qeyd ediblər, yolkalar bəzənib, hamı dövlət televiziyasında göstərilən bayram proqramını, filmləri səbirsizliklə gözləyib. 

“Çeşid-çeşid yeməklər bişirirdik, beş gün yeyirdik. İndi müxtəlif verilişlər hazırlanır, hamısı da bir-birinə bənzəyir. İnsanların üzündəki gülüş yoxa çıxıb”,-nəvəsi üçün uzaqbaşı 5 manatlıq bayram hədiyyəsi almaq istəyən qadın qiymətlərdən narazı halda uzaqlaşır. 

Bir qədər irəlidə, 8-ci kilometr bazarında da piştaxtalarda yolkalar, oyuncaqlar, bayram aksesuarları satılır. Satıcılardan biri  deyir ki, alver var, amma əksəriyyət  ucuz mal axtarır. Əlavə edir ki, heç kimi qınamır. Pandemiya və digər səbəblərdən insanların bayram etməyə həvəsi qalmayıb.

“Nə bayram axı. Onsuz da bəziləri üçün evində qazanı qaynayanda bayram olur, imkanı olanlara isə hər gün bayramdır”, - bazar əhlindən biri bayram alış-verişi ilə maraqlandığımızı görüb bu atmacanı atır...

Əlbəttə, bayram əhvalı ilə insanların cibi arasında həmişə birbaşa əlaqə olub, amma belə görünür ki, indiki internet zəmanədə nəinki Yeni ilin, eləcə də digər bayramların sönük keçməsinin başqa səbəbləri də var. Bəzilərinə görə, insanların, hətta yaxın qohumların bir-birinə yadlaşmasının və bayram get-gəllərinin tədricən adət olaraq ortadan qalxmasının səbəblərindən biri də internet özü ola bilər...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı