Azərbaycanda abidələrin bərpası üçün yeni mərkəz yaradılacaq - ednews.net

27 Yanvar, Cümə axşamı

Azərbaycanda abidələrin bərpası üçün yeni mərkəz yaradılacaq

Cəmiyyət A- A A+

"Azərbaycanda abidələrin bərpasının təşkili üçün Bərpa Mərkəzi yaradılacaq".

EDNews.net xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidələrin bərpası olduqca önəmli prosesdir: "Bundan qaynaqlanaraq Şuşa üçün bərpa sənədi hazırlanıb. Məsələn, Şuşa şəhəri üçün xarakterik olan darvaza, pəncərə növləri var. Bunun siyahısını daha da genişləndirmək olar".

"Bərpa Mərkəzi çərçivəsində əlavə təlimlər keçirilməsi planlaşdırılır. Biz artıq bu layihəni prioritetləşdirmişik", - A.Cəfərli qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...