London məhkəməsi Eldar Mahmudovun uşaqlarına qarşı iddia rədd edildi

Cəmiyyət 13:46 14.01.2022

İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun uşaqlarının diffamasiya barədə iddiasını rədd edib.

EDNews.net xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun uşaqları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yoluyla qazandığı vəsaitlər hesabına əldə olunub.

“El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da “Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

Eldar Mahmudovun ailəsinin İspaniyadakı möhtəşəm tarixi qəsri və ferması

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr “El Periodico” nəşri ilə yanaşı “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də dərc edilmişdi. Və iddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın “The Observer” nəşri, “Finance Uncovered” və Organised Crime and Corruption Reporting Project kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar Cayman National Bank-dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.

Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:

Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi.

Hesab edilir ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı