Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - ednews.net

29 May,

(+994 50) 229-39-11

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

Cəmiyyət A- A A+

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

EDNews.net xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.

"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...