Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan “20 Yanvar” faciəsinin 32-ci ildönümünə 4 gün qalıb.
Artıq Şəhidlər xiyabanında mərasimlə bağlı hazırlıqlara start verilib.
Hazırda ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
EDNews.net hazırlıqlar zamanı çəkilən fotoları təqdim edir: