Qiymətlər niyə artır? Eyyub Hüseynov günahı dövlət qurumunda görür

Cəmiyyət 15:28 17.01.2022

Son günlər unun və çörəyin bahalaşmasının ardınca ət və süd məhsullarının da qiymətlərində artım müşahidə olunur.  

Yanvar ayının əvvəlində ət məhsullarının qiymətlərində 50 qəpik artım müşahidə edilirdisə, bu gün bu rəqəmlər 3-4 manat civarındadır. Hazırda mal ətinin qiyməti 13-14, qoyun ətinin isə 16-17 manata çatıb. Artıq toyuq əti də bahalaşıb. 1 kq “broyler” toyuğu 4.50-5.00 manat, 1 kq toyuq filesi 7-7.90 manatdır.

Undan fərqli olaraq ət məhsulları yerli istehsaldır. Lakin bu faktor da onun bahalaşmasının qarşısını ala bilməyib.

Bəs, qiymətlərin birdən-birə bu qədər bahalaşmasına səbəb nədir?

Satıcılar arasında bunu baytarlıq sənədinə görə verilən rüsum, rayonlarda yem və daşınma zamanı maşınlarda qiymətlərin qalxması ilə əlaqələndirənlər oldu.

Lakin  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ət məhsullarının qiymətinin artmasına səbəbi kimi heyvan kəsimi məntəqələrində baytarlıq sənədinin dövlət rüsumunun bahalaşması iddiasını təkzib edib.

Qeyd edək ki, süni qymət artımın qarşısının alınması ilə bağlı nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov EDNews.net-ə danışıb.  Ə. Hüseynovun sözlərinə görə, ətin qiymətinin artması ilə bağlı yeni ildən istehlakçılar tərəfindən Azad İstehlakçılar Birliyinə ardıcıl olaraq zənglər gəlib, əhali narazılığını bildirib.

Ekspert qiymət artımının səbəblərindən biri kimi payız mövsümündə kənd təsərrüfatı qidalarının tükənməsi, qış aylarında əhalinin ətə olan tələbatının artması məsələsinin olduğunu deyib.

“Lakin əsas məsələ buğda və arpanın dünya bazarında və Azərbaycanda qiymətinin artmasıdır. Çünki heyvandarlığın yem bazasını buğda və arpa təşkil edir. Bu, əlbəttə heyvan ətinin qiymətinin artmasına təsir edən amillərdən biridir. Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqarasiya olunmuş liberal bazardır. Qiymət tələb və təklif aksiomu ilə formalaşır. Təklifin artdığı vəziyyətdə və ətin qiymətinin maya dəyərinin yem bazasına görə artdığı bir şəraitdə əlbəttə qiymət artımı gözləniləndir”.

Eyyub Hüseynov: “Dönər tələbə və şagirdləri məhv edir, amma biz onlara  qadağa qoya bilmərik”

Qurumun sədri bildirib ki, Cənab Prezidentin bütün yığıncaqlarda dediyi kimi ölkədə karter sövdələşmələri, inhisarçılıq var.

“On ildən artıqdır ki, antiinhisar məcəlləsi qəbul edilmir. Köhnə antiinhisar məcəlləsini işlətməyə cavabdeh olan dövlət orqanının bu məcəlləni işlətməməsini görürük. Neçə illər ərzində görməmişəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti karter sövdələşəmələrini müəyyən etsin. Bu sövdələşmələr əsasında süni qiymət artımı mövcud olur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2009-cu ildə yarananda Azad İstehlakçılar Birliyi özünü çox xoşbəxt hiss elədi. Düşündük ki, bizə daha şikayətlər gəlməyəcək. Lakin təəssüflər olsun ki, qurum yarandıqdan sonra heç də fəal işləmədi, dəfələrlə rəhbərlər dəyişdi. Biz yeni təyin olunmuş çox yaxşı təcrübəsi olan rəhbərdən çox şey gözləyirik. Təəssüf ki, onlar tərəfdən Azad İstehlakçılar Birliyinə heç bir çağırış gəlməyib. Biz hər an o çağırışa cavab verməyə və dövlət orqanı ilə sıx əməkdaşlıqda işləməyə hazırıq”.

Ə. Hüseynov təəssüflə bildirdi ki, sözügedən qurum istehlakıların hüquqlarının qorunması sahəsində demək olar ki, heç bir iş görmür.

"Hər gün mən o qurumun telefon xəttlərini 10-12 istehlakçıya verirəm. Biz istehlakçıların onlardan şikayət yazmasında maraqlı deyilik. Lakin təəssüflər olsun ki, yeni rəhbərliyə qədər o qurumun istehlakçı hüququnun qorunması üçün istehlakçıları məhkəməyə yönəltməkdən başqa bir şey olmayıb. İndi onlar karter sövdələşməsi və ya süni qiymət artımına qarşı heç də uğurlu bir mübarizə aparmırlar. Zavod çörəyinin qiymətini təzyiq altında saxlamaqla öz işlərini bitmiş hesab edirlər. Düşünürəm ki, sosial çörək istehlakçıları da bundan əziyyət çəkirlər".

Gülnar Səlimova

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Hamısı