Bu şəxslərə təqaüd veriləcək - Prezident qanuna dəyişikliyi TƏSDİQLƏDİ - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Bu şəxslərə təqaüd veriləcək - Prezident qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Cəmiyyət A- A A+

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.

EDNews.net-in məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məşğulluq haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...