““Hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb” Orfoqrafiya Lüğətinin redaktorundan İLGİNC AÇIQLAMA

Cəmiyyət 13:00 19.01.2022
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözü çıxarılaraq lüğətə “spayder” sözü salınıb. 
 
Məsələ ilə bağlı Ednews-a danışan Orfoqrafiya Lüğəti kitabının məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli bildirib ki, “hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb:
 
“Lüğətin tərtib olunması zamanı işçi qrup yaradılmışdı. Üzvləri gənclər idi. Ola bilsin ki, onlar “hörümçək” sözünü lüğətə daxil etməyi unudublar. “Hörümçək” sözü yoxdursa, “hörümçəkkimilər” sözü necə ola bilər ki? “Spayder” sözünə gəldikdə, o söz ingilis dilindən tərcümədə hörümçək mənasını versə də, əslində minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı və bir və ya iki sıra oturacaqlı kuzov növünə deyilir. Həmin hissə hörümçəyə bənzədiyi üçün “spayder” adlandırılır. Buna siz müəllifi olduğum “Yeni sözlər, yeni mənalar” lüğətində də rast gələ bilərsiniz”.
 
Qeyd edək ki, mövzu ətrafında bir-neçə gündür ki, sosial şəbəkələrdə və ictimaiyyət arasında böyük müzakirələr gedir. İnsanlar düşünürlər ki, Azərbaycan dili ilə bağlı xüsusi həssaslıq tələb edilən, qanunauyğunluqların gözləndiyi Orfoqrafiya lüğətində bu kimi yanlışlıqlar yolverilməzdir. Çünki bu lüğətdən məktəblilərdən dilçi alimlərə qədər hər kəs istifadə edir.
 
Məşhur naşir, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi, "Altun-kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov isə düşünür ki, ümumiyyətlə, lüğətdə bəzi sözlər qaydalara uyğun qeyd edilməyib. O, bu barədə EDNews-a açıqlaması zamanı deyib.
 
 
“Məsələn, geniş yayılmış bloqer sözü bloqçu kimi verilib, video bloqer sözündə isə bloqer kimi saxlanılıb. Sözün kökü bloqer olduğu üçün elə də saxlamaq olardı. Lüğətdə yeni və alınma sözlərlə bağlı, həmçinin bəzi mürəkkəb sözlərin bitişik və ya defislə yazılmasında problemlər var. Məsələn, lüğətdə “ikinci dərəcəli” ifadəsi var. Yazılıb ki, birinci dərəcəli - ayrı yazılsın, ikinci dərəcəli - bitişik yazılsın. Mən birinci dərəcəli yazmaq istəyirəm, birinci dərəcəli lüğətdə yoxdur. İndi mən bunu ayrı yazmalıyam? Belə məqamlara qaydalarda aydınlıq gətirilməlidir. Ya sərbəstlik verilməlidir ki, məsələn ikinci dərəcəli söz daha çox işləndiyi üçün ikinci dərəcəli cümlə üzvləri ilə bağlı və s. salmışıq, amma bu bir presedentdir, buna uyğun olaraq digər sözləri salmaq olar".
 
Bundan başqa, ekspert qeyd edib ki, bir çox ümumişlək sözlər var ki, son 10-20 ildə dilimizə daxil olub.
 
“Mən Azərbaycan dili dərsliklərinin müəllifiyəm. Biz “koala” sözünü işlədirik, ancaq bu söz lüğətdə öz əksini tapmayıb. Məktəbəqədər təhsildə də uşaqlara koalanın şəklini göstərirlər, nəyə görə bu lüğətə salınmasın? Ancaq çox spesifik terminlər lüğətə salınır”.
 
Mən “hörümçək” sözünün lüğətə salınmamasını fakt kimi paylaşmışdım.
 
““Hörümçək” sözü əvvəlki orfoqrafiya lüğətlərində vardı, son nüsxədən isə çıxarılıb. Açıqlamada isə deyilir ki, bu səhvən baş verib. Mən başa düşə bilmirəm sözü səhvən necə çıxarmaq olar? Axı hörümçək sözü ümumişlək sözdür. Hörümçəkkimilər sözü var, amma “hörümçək” sözünün özü yoxdur”.
 
Gülnar Səlimova
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı