Bakıda bir neçə avtobusun hərəkət sxemi dəyişdiriləcək - ednews.net

29 May,

(+994 50) 229-39-11

Bakıda bir neçə avtobusun hərəkət sxemi dəyişdiriləcək

Cəmiyyət A- A A+

Sabah Bakıda Parlament prospekti, Şəhidlər Xiyabanı, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

EDNews xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım 20 yanvar faciəsinin 32-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədardır.

Dəyişiklik səhər saatlarından tədbir tam başa çatana qədər davam edəcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...