Dünya şöhrətli fotoqraf 20 Yanvar faciəsi ilə bağlı Bakıda apardığı çəkilişlərdən danışdı

Cəmiyyət 18:17 20.01.2022

Ednews bildirir ki, Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati 20 yanvar faciəsi günlərində Bakıda apardığı çəkilişlər barədə xatirələrini AZƏRTAC-a müsahibəsində bölüşüb.

1990-cı il yanvarın 20-də Parisdə olduğunu xatırladan dünya şöhrətli fotoqraf Reza Deqati deyib: “Axşam saat 4-5 radələrində o vaxt UNESCO-da fəaliyyət göstərən, bu yaxınlarda dünyasını dəyişmiş Ramiz Abutalıbov mənə zəng edib dedi ki, Bakıda böyük faciə olub, bununla bağlı mənimlə görüşmək istəyir. Mən dərhal getdim. Ramiz müəllim dedi ki, Sovet ordusu Bakıda qırğın törədib, yüzlərlə insan qətlə yetirilib, yaralanıb. Bizdə məlumat azdır, jurnalistlərin Bakıya getməsinə icazə vermirlər. Bunu eşidib Bakıya getməyə qərar verdim. Sovet hakimiyyəti dövründə beynəlxalq jurnalistlərə vizanı Moskvada verirdilər. Odur ki, oraya getməli oldum. Yanvarın 21-də axşam saatlarında Moskvaya çatdım. Orada dedilər ki, bütün yollar bağlıdır, Bakıya getmək mümkün deyil. Moskvada məndən başqa da Bakıya getmək istəyən bir neçə jurnalist vardı. Azərbaycanın Moskvadakı nümayəndəliyində mənə dedilər ki, bizə kömək edə bilərlər. Bakıya yalnız qatarla getmək olar. Qatar Moskvadan Bakıya 48 saata çatırdı. Başqa çarə olmadığından mən dostlarımla birgə qatarla yola düşdük. Vaqona yoxlama gələndə gizlənirdim. Bakıya çatanda gördük ki, vağzalda hamını yoxlayırlar. Moskvadan mənimlə gələn dostlarımız bizi vağzaldan gizlincə çıxardılar.

Mən üç gün Bakıda qaldım. Əvvəlcə meyitxanaya getdik. Ölən insanların siyahısını gizlincə çəkdik. Sonra yaralıların olduğu xəstəxanaya getdik. Sovet əsgərləri xəstəxanaya gedib gələnləri yoxlayırdı, heç kəsi içəri buraxmırdılar. Biz Azərbaycandan olan dostlarımızın köməyi ilə içəri girə bildik. Mən fotoşəkil çəkirdim, Türkiyədən olan Əhməd adında dostum isə kiçik kamerası ilə çəkiliş aparırdı.

Sonra Şəhidlər xiyabanına getdik. Oraya minlərlə insan yığışmışdı. Faciə zamanı qətlə yetirilənləri orada dəfn edirdilər. Biz çəkiliş apardıqdan sonra böyük çətinliklə Bakı-Moskva təyyarəsinə bilet ala bildik. Gecə Moskvada qaldıq, sabahısı gün Parisə yola düşdük. Oraya gələndə gördük ki, Bakıda baş verən qanlı hadisələrdən Avropada heç kimin xəbəri yoxdur. Ona görə Fransada bir agentlik vasitəsilə çəkdiyim fotoları televiziya kanallarına göndərdik. 18 telekanal həmin fotoları göstərdi və bu barədə məlumat yaydı. Sonra xəbər tutdum ki, o vaxt iki jurnalist Fransadan Bakıya getmiş və 20 Yanvar faciəsi ilə bağlı çəkilişlər aparmışdı. Buna görə Azərbaycan təhlükəsizlik orqanları təzyiqə məruz qalmışdı. Nə edəsən, jurnalist peşəsi belədir. Bir neçə il sonra Xocalı faciəsi törədildiyi dövrdə də Bakıya gəldim və çəkilişlər etdim”.

Dünya şöhrətli fotoqraf AZƏRTAC-la iş birliyi barədə də danışdı: “Mən AZƏRTAC-la əməkdaşlığa başlayanda orada işləyən Oqtay adlı fotoqraf dostum var idi. Onunla tez-tez görüşüb, fikir mübadiləsi aparırdıq. AZƏRTAC-da mənim çoxlu fotolarım, müsahibələrim dərc olunub. Mənə hər zaman dəstək olurlar. Deyə bilərəm ki, AZƏRTAC çox peşəkar agentlikdir, dünya səviyyəsində tanınır və dəyərli işlər görür”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı