İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir - Hərbi prokuror - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir - Hərbi prokuror

Cəmiyyət A- A A+

"İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir".

Ednews xəbər verir ki, bunu Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, itkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.

Onun sözlərinə görə, döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb: "Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...