Parklanma qaydalarının pozulmasına görə cərimələr İKİ DƏFƏ artırılır - ednews.net

29 May,

(+994 50) 229-39-11

Parklanma qaydalarının pozulmasına görə cərimələr İKİ DƏFƏ artırılır

Cəmiyyət A- A A+

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr iki dəfə artırılır.

Ednews-in əldə etdiyi məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...