Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalislər üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlimlər davam edir. Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir.
Ednews xəbər verir ki, təlimlərin ikinci günündə layihə planına uyğun olaraq media nümayəndələrinin Astara gömrük postuna səfəri təşkil olunub.
KİV nümayəndələri sərhəddə görülən işlərlə və yoxlama prosesi ilə tanış olublar. Jurnalistlərə bəzi statistik məlumatlar da verilib.
Foto: Fariz Faiqoğlu