Beynəlxalq Avrasiya Fondunun prezidenti Umud Mirzəyev Şuşa səfəri zamanı yol boyu bir daha Qarabağ həqiqətləri haqqında danışıb.
Ednews xəbər verir ki, o, lentə aldığı söhbəti öz facebook səhifəsində paylaşıb.
Videoda U.Mirzəyev şahidi və iştirakçısı olduğu, illərlə ermənilərin azərbaycanlılara yaşatdıqları hadisələr barədə maraqlı faktlardan danışıb.
“Şuşaya səfərimizdə yol boyu bir daha Qarabağ həqiqətlərindən danışdıq, bölüşdük. Məncə daha neçə-neçə yüzilliklər keçsə də yolu "Zəfər yolu"ndan keçəcək olan hər kəs ermənilərin tarix boyu xalqımıza, tarixi torpaqlarımıza, mədəni irsimizə etdiklərini danışıb lentə almalıdır. Gələcək nəsillər nə son 30 ildə, nə də yüzilliklər boyu kökənləri terror təşkilatının yaradılışı ilə birbaşa bağlı olan düşmənin Azərbaycana və azərbaycanlılara etdiklərini unutmamalıdırlar!”
Sözügedən süjeti təqdim edirik: