Qarabağın tam televiziya yayımı ilə əhatə olunacağı tarix açıqlandı - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Qarabağın tam televiziya yayımı ilə əhatə olunacağı tarix açıqlandı

Cəmiyyət A- A A+

“Hazırda Qarabağın 35%-də televiziya yayımı var. Bu ilin sonuna qədər göstərici 100%-ə çatdırılacaq”.

Ednews xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 72%-də 2G, 40%-də 3G, 50%-də isə 4G şəbəkəsi var.

“Qarabağda genişzolaqlı internet şəbəkəsi yaratmaq üçün 1 400 km-lik fiberoptik kabelin çəkilməsinə start verilib. Biz artıq televiziyalarda rəqəmsal yayıma keçmişik. Radiolarda isə 2026-cı ilə qədər tam rəqəmsallaşmaya nail olmağı düşünürük”, - deyə nazir müavini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...