Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

Cəmiyyət 15:13 27.01.2022

Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.

Ednews xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər.

Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.

Nazir həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət  qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlərin də iştirakını diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində onların sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verdiyini bildirib. 

S.Babayev sosial tərəfdaşların aktiv məşğulluq tədbirlərinin icrası, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiklərini diqqətə çatdırıb.

Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Digər çıxış edənlər ölkəmizdə həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramlarda sosial tərəfdaşların fəal iştirakını həmrəylik nümunəsi kimi də qeyd edərək, ümumən vətəndaş rifahının təminatı proseslərinə dəyərli töhfə olduğunu vurğulayıblar.

Sonra məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən, “Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı