Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi çərçivəsində növbəti monitorinq keçirilib.
Ednews xəbər verir ki, bu səbəblə UNICEF-in Azərbaycan Nümayəndəliyinin əməkdaşı Bəxtiyar Səlimovun Daşkəsən rayonu Qabaqtəpə və Xoşbulaq kəndlərinə, Göygöl rayonu Toğanalı kəndi, Bərdə rayonu Qaçqın və Məcburi köçkün qəsəbəsinə səfəri baş tutub.
Monitorinq zamanı vətəndaşlara “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi, onun əhəmiyyəti, keçiriləcək tədbirlər və görüləcək işlərlə bağlı məlumatlar verilib.
Tədbirdə iştirak edən Bəxtiyar Səlimov layihənin əhəmiyyəti ilə bağlı vətəndaşların fikirlərini öyrənib, onların əlavə təklif və istəklərini qeydə alıb.
Tədbirdə BAMF-ın Regional Koordinatorları Vüqar Yusifli, Vidadi Məmməzadə, Daşkəsən rayonu Zağalı kənd İcra Nümayəndəsi Məmmədov Asəf və kənd sakinləri də iştirak edib.
Fariz Faiqoğlu