Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanacaq.
Ednews xəbər verir ki, bu haqda Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda bildirilib.
Fərmana əsasən, layihə üç ay müddətinə hazırlanaraq, Pezidentə təqdim edilməlidir.