Gömrük tariflərində gözlənilən dəyişikliklər AÇIQLANDI

Cəmiyyət 17:00 08.02.2022

2022-ci ilin ilk rübü ərzində Azərbaycan Respublikasının mal nomenklaturasının Ümumdünya Gömrük Təşkilatının “Malların Təsviri və Kodlaşdırılması üzrə Beynəlxalq Harmonikləşdirilmiş Sistemi”nin 2022-ci il variantına uyğunlaşdırılması nəzərdə tutulub.

Ednews xəbər verir ki, bunu “Report”a müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə qüvvəyə minməsi gözlənilir, artıq aidiyyəti nazirliklərlə müzakirələr başa çatıb.

“Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı üçün bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi və rəqabətqabiliyyətliliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 417 saylı Qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən idxal edilən quş əti, quş yumurtası, sement klinkerləri və bəzi növ keramika məmulatlarına tətbiq edilən spesifik idxal gömrük rüsum dərəcələrinin müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılıb”, - deyə Səfər Mehdiyev gömrük tarifləri sistemində gözlənilən yeniliklərdən danışarkən əlavə edib.  

DGK sədri bu il üçün Dövlət Gömrük Komitəsinin planları barədə də məlumat verib:

“Sərhədlərdə sürətli keçidin təmin olunması, vətəndaşlara müasir və innovativ gömrük xidmətlərinin göstərilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına yardım edəcək yeni nəzarət mexanizmlərinin və innovativ metodların tətbiqi sahəsində tədbirlərin həyata keçirilməsi əsas prioritet hədəflərimizdəndir.

Gömrük-sərhəd buraxılış məntəqələrində şəxslər tərəfindən yerinə yetirilməli olan prosedur və əməliyyatları daha da təkmilləşdirməklə sərf olunan vaxt və xərc normalarının minimallaşdırılması, ödəmə sistemlərinin daha da təkmilləşdirilməsi (ATM, yeni ödəniş terminalları və POS-terminalların quraşdırılması və s.), müasir dövrün tələblərinə uyğun olaraq Elektron Ticarət və Poçt Göndərişləri sahəsində artan tendensiyanı nəzərə alaraq bu sahədə gömrük tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, beynəlxalq standartların tələblərinə cavan verən sərhəd infrastruktur vahidlərinin formalaşdırılması və gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun yaxşılaşdırılması məqsədilə, eləcə də gələcəkdə bəzi gömrük-sərhəd buraxılış məntəqələrindən ixtisaslaşdırılmış şəkildə yalnız şəxslərin, minik nəqliyyatı vasitələrinin, avtobusların və ya yük nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün istifadə olunması ilə əlaqədar işlərin sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır”.

O əlavə edib ki, 2022-ci ildə risklərin idarəolunması sahəsində hədəfimiz isə ilk növbədə ötən il başladılan layihələrin uğurla icra olunmasıdır:

“Bundan başqa, ticarət dövriyyəsinin və buna uyğun məlumat həcminin ildən-ilə artması Dövlət Gömrük Komitəsi üçün yeni çağırış olmaqla, məlumat bazalarından daha səmərəli və müasir istifadəni tələb edir. Bu səbəbdən dünya təcrübəsinə istinad edərək süni intellektin gömrük fəaliyyətinə inteqrə olunmasının perspektivlərinin araşdırılması 2022-ci ildə həmin sahə üzrə prioritet istiqamətlərdən biri olacaq.

Xarici ticarət iştirakçılarına göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, vətəndaş məmur təmasının minimuma endirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə yeni elektron xidmətlərin istifadəyə verilməsidir”.

Səfər Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi bu il ərzində də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Hamısı