Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsil alanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edib.
Ednews xəbər verir ki, bundan əvvəl yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir.
Bu, özündə dərsə davamiyyəti, tələbənin sərbəst işi və semestr ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirib.