Məşhur brendlərin amansızlığına qurban gedən HEYVANLAR Laboratoriyalarda şiddət nə qədər davam edəcək?

Cəmiyyət 16:58 15.02.2022
Dünyada insanların etdiyi ən böyük qəddarlıq heyvanlar üzərində müxtəlif məqsədlərlə, xüsusilə də kosmetik məhsulların effektivliyini yoxlamaq adına sınaqların aparmasıdır. Bu sınaqlar nəticəsində hər il siçanlar, dovşanlar, itlər, pişiklər daxil olmaqla 110 milyondan çox heyvan laboratoriyalarda öldürülür və ya həyatda qalanlar isə hələ də sınaqlar zamanı istifadə edilir.  
 
Xatırladaq ki, 2015-2019-cu illərdə 300 milyondan çox heyvanın üzərində ağrıkəsici dərmandan istifadə edilmədən sınaqlar aparıldığı aşkarlanıb. 
 
Heyvanların zorla radiasiyaya və zəhərli qazlara məruz qalması, bədənlərinə zərərli maddələrin yeridilməsi və s. səbəblərdən onlarda yaranan ciddi tibbi nəticələri hər kəsə göstərmək məqsədilə “Save Ralph – Ralfı qurtar’ adlı qısametrajlı çizgi filmi də çəkilib. Dünyada böyük səs gətirən bu video ağıllarda bir çox sualın yaranmasına səbəb olsa da, əksəriyyəti hələ də cavabsız olaraq qalır. 
 
Bəs heyvanlar üzərində sınaq aparmaq nə dərəcə doğrudur?
 
“Royal Vet” baytarlıq klinikasının baş həkimi Tərlan Cavadov heyvanlar üzərində aparılan sınaqların düzgün və etik bir davranış olmadığını bildirib.
 
 
“Heyvanlar üzərində bu cür sınaqların aparılması etik deyil. Daha çox bu sınaqlar ağ siçanlar üzərində aparılsa da, onlar da canlıdır və kosmetik məhsullar üçün məşhur brendlər onların ölümünə səbəb olur. Canlılar üzərində belə bir məqsədlə sınaq aparılmasının tərəfdarı deyiləm”.
 
Baytar təklif edir ki, əgər çox istək varsa şirkətlər zəhmət çəkib bu sınaqları məhsullarından istifadə edənlərin üzərində həyata keçirsinlər. Onun sözlərinə görə, heyvanlara bu cür əziyyət verilməsinin yolverilməz olmasını bir daha vurğulayıb.
 
“Mənim fikrimcə, həmin şirkətlər meymun, pişik və s. kimi məsum heyvanlar əvəzinə onların məhsullarını alan və ya orada işləyən insanların üzərində sınaq aparmalıdır. Bu daha ədalətli olardı.”
 
Heyvan haqları üzrə müdafiəçi Elmin Alişanov müsahibə zamanı bildirib ki, müasir dövrdə belə sınaqlara alternativ variantlar tapmaq olar.
 
 
“Hazırki dövrdə elm və texnikanın sürətlə inkişaf etdiyini nəzərə alsaq, sınaqları heyvanlardan istifadə etmədən başqa formalarda həyata keçirmək mümkündür. Lakin, maliyyə xərcləri yüksək olduğundan məşhur brendlər bu üsullara üstünlük vermir”.
 
O, həmçinin heyvan sınaqlarının dayandırılmasının bütün insanların səyləri ilə mümkün olduğuna inanır. 
 
“Düşünürəm ki, əgər bu zülmü dayandırmaq və dəyişikliklər etmək istəyiriksə, bu ancaq bütün insanların yardımı ilə baş tuta bilər”.
 
Bəs, dində bu vəziyyət necə qiymətləndirilir? Heyvanları bu cür əziyyətlərə düçar etməyə icazə varmı? 
 
Suallarımıza cavab tapmaq üçün ilahiyyatçı Tural İrfana müraciət etdik. O, Ednews-a açıqlaması zamanı bildirib ki, ümumiyyətlə, heyvanlara zərər vermək dində böyük günahlardan sayılır.
 
 
“Dini cəhətdən insanlara, heyvanlara işgəncə etmək və zərər vurmaq olmaz. Əgər sınaq aparılmalıdırsa, bu ölmüş heyvanlar üzərində olmalıdır. Canlı heyvanı sınaq zamanı yaralamaq və ya öldürmək böyük günahdır. İslam dini buyurur ki, iş görərkən halal yollardan istifadə edin. Elmdəki nailiyyətləri nəzərə alaraq, mütləq şəkildə bunun alternativ yolları tapılmalıdır”.
 
Aysel Bədəlova
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Hamısı