Abşeron sakininin aldığı çörəyin içindən qaynaq işlərində istifadə edilən elektrod parçası çıxıb.
Ednews Xəzər xəbərə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yaşayan İsrafil Cəbrayılovun başına gəlib.
Belə ki, o, hər axşam evə gələrkən yaxınlıqda olan mağazadan çörək aldığını deyir. Vətəndaş bu vəziyyətin xüsusilə uşaqlar üçün təhlükəli olduğunu hesab edir.
Çörəyi paytaxtdan Sumqayıta çatdıran şəxs suallara ətraflı cavab vermək əvəzinə aradan çıxıb.
Məsələ ilə bağlı həmin çörəyin istehsal olunduğu müəssisə ilə əlaqə saxlanılıb. Özünü sex sahibi kimi təqdim edən Elçin adlı şəxs bildirib ki, elektrod parçasının çörəyin içinə necə düşməsi ilə bağlı araşdırma aparacaqlar. O, bunun qəsdən edildiyini istisna etməyib.