“Mən Londonda yaşayıram, İngiltərədənəm. Əvvəllər Bakıda olmuşam, lakin ilk dəfədir ki, Qarabağa səfər edirəm”.
Ednews xəbər verir ki, bunu APA-ya açıqlamasında İngiltərədən olan səyyah Susan Patricia Rogers deyib.
O, Qarabağ müharibəsi barədə eşitdiyini, lakin heç vaxt Qarabağa Ermənistan tərəfdən səfər etmək barədə düşünmədiyini bildirib:
“Gözlədim ki, müharibə bitsin, təhlükəsizlik bərpa olunsun, sonra səfər edim. Əslində bu səfər mənim üçün çox maraqlıdır, çünki uzun müddət idi ki, Qarabağa səfər etmək istəyirdim. Buralar çox gözəldir, həmçinin bu qısa müddət ərzində görülən işlər, çəkilən yol, elektrik və digər işlər təqdirəlayiqdir. Lakin eyni zamanda, görürəm ki, burada hələ görüləcək işlər çoxdur. Düşünürəm ki, burada quruculuq işləri tamamlandıqdan sonra mən bura yenidən səfər etməliyəm”.
Qeyd edək ki, bu gün xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş ərazilərə səfər edib.