Kinoteatrlarda niyə filmlər Azərbaycan dilində nümayiş etdirilmir? Filmlərə qoyulan sərmayə, özünü doğrultmayan normativlər...

Cəmiyyət 17:35 17.02.2022

Azərbaycan kinoteatrlarında xarici filmlər ancaq rus, ingilis və türk dillərində izləyici qarşısına çıxarılır. Bu dillərdə dublyaj edilən filmlərdən savayı, ölkədə ana dilində filmlər nümayiş olunmur. Heç bir əcnəbi dili bilməyib və azərbaycanca film izləmək istəyənlər isə yalnız ekranın aşağısındakı alt yazılarla kifayətlənməlidir.   

Rus dilində tədrisin, türk seriallarına baxıb bəzi insanlarımızın “türkləşən” leksikonunun tənqid olunduğunu, bununla yanaşı kinoteatrlara gedənlərin sayının çoxluğunu nəzərə alsaq, orada nümayiş edilən xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi zəruridir.

Xarici dillərin öyrənilməsində kinoları izləmək ən effektli üsullardan biri olduğu halda, öz dilimizdə filmlərə yetərincə niyə baxa bilmirik?

Yaranan problemlərin səbəblərini bilmək üçün məsələ ilə bağlı kiçik bir araşdırma apardıq. Araşdırmamızı ilk olaraq, ölkədə fəaliyyət göstərən kinoteatrlardan başlamaq qərarına gəldik.

Filmlərə qoyulan sərmayə, özünü doğrultmayan normativlər...

"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev deyir ki, kinoteatrlar heç bir ölkədə filmləri dublyaj etmirlər.

“Biz nə alt yazı yazırıq, nə də dublyajla məşğul oluruq. Bununla dublyaj və ya mətnləri tərcümə edən studiyalar məşğul olmalıdır. Türk filmlərini Türkiyədən, Hollivud filmlərini Rusiya və ya Ukraynadan alırıq. Ümumiyyətlə, Azərbaycanda bu filmləri dublyaj edəcək studiya yoxdur”. 

Problemlə bağlı ikinci ünvan olaraq, “CinemaPlus” şəbəkəsinə müraciət etdik.

“CinemaPlus”un Müşahidə Şurasının sədri Zaur Darabzadə bildirib ki, Azərbaycanda dublyaj həyata keçirən studiyalar var, sadəcə onu “CinemaPlus” deyil, filmlər etməlidir.

“Biz kinoteatrlar hazır kontenti nümayiş etdiririk. Dublyaj kinoteatrın üzərinə düşən vəzifə deyil. Yəni belə desək, market çörək istehsal etmir, onu satır. Biz dəfələrlə bu mövzuya toxunmuşuq. “CinemaPlus” olaraq həm regionlarda, həm də Bakı şəhərində kinoteatrların inkişafına kifayət qədər vəsait ayırılıb. Son on il ərzində Azərbaycan kinoteatrlarının inkişafı çox sürətlə davam etdirilib. Məhz ona görə, Azərbaycanda yerli filmlər çəkilməyə başlanılıb. Bundan başqa yerli istehsala dəstək olmuşuq. Amma dublyajı biz öz üzərimizə götürə bilmərik. Bununla Mədəniyyət Nazirliyi yaxud da Nazirliyinin nəzdində fəaliyyət göstərən bir qurum məşğul olmalıdır. Bütün dünyada bu belədir”.

O, kinoteatrlarda filmlərin nə üçün rus və ya türk dillərində nümayiş etdirilməsinin səbəbini belə açıqlayıb:

“Biz dünya premyerasıyla eyni gündə dünyada çıxan filmi nümayiş etdiririk. Bəzən olur ki, hətta dünya premyerasından daha tez o filmi nümayiş etdiririk. Burada həm də müəllif hüquqları məsələsi var. Dublyaj üçün filmləri bizə daha tez verməlidirlər ki, biz də onu aidiyyatı studiyaya yönləndirə bilək. Ancaq Azərbaycanda müəllif hüquqları pozulduğu üçün, yəni televiziya və internetdə lisenziyasız nümayiş etdirildiyi üçün studiyalar Azərbaycana etibar edib onu da göndərmir”.

Söhbət zamanı Zaur Darabzadə digər səbəb kimi zaman məsələsinin də əhəmiyyətindən danışıb.

“Məsələn, yanvarın 1-də çıxan “Spider man” (Hörümçək adam) filmini tərcümə etmək istəsək dünya premyerası yanvarın 1-də olduğu halda, bizə onu həmin gün verəcəklər və biz tərcümə etdikdən sonra yanvarın 20-25-də artıq dünyanın müxtəlif ölkələrində nümayiş olunduqdan iki üç həftə sonra Azərbaycanda çıxacaq. Digər ölkələrdə müəllif hüquqları pozulmadığı üçün onlar filmi daha tez götürürlər və artıq studiya dublyaj edib nümayiş etdirir. Bu çox çətin məsələdir”.

Onun sözlərinə görə, bu məsələ rəsmi səviyyədə təşkil edilməlidir.

“Hər filmin dublyajına kifayət qədər məbləğ xərclənir. Biz onu öz üzərimizə götürə bilmərik. İkincisi, elə ölkələr var ki, orda filmlər yalnız orijinal dildə yayımlanır. Bizdə də artıq rus və türk dillərində filmlərə baxmaq istəməyənlər orijinal ingilis dilində və Azərbaycan subtitrı ilə filmi izləyə bilər. Biz yalnız alt yazısını Azərbaycan dilində studiyadan tələb edə bilərik”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı filmlərin ana dilinə dublyajının keyfiyyətindən narazılığını dilə gətirib.

“Filmlərin öz dilimizdə səsləndirilməsi zamanı elə dəhşətli və kobud səhvlər görürəm ki, ondansa o tərcüməni etməsələr daha yaxşıdır. Məsələn, Xocalı ilə bağlı çəkilmiş kiçik klipdə balaca uşaq nənəsinə səslənərək “Nənə bir əl salla” deyir. Bizdə əl sallamaq sözü yoxdur. Bunu türklərdən götürüblər. Digər, hərbi filmdə minaların basdırıldığı sahəyə gəlirlər. İngilis dilində “mine” həm minadır, həm də “mənimki” deməkdir. Dublyajı belə ediblər: “Bu sahə mənimkidir, gəlin burdan getməyək”.

Baş redaktor həmçinin qeyd edib ki, bir işi keyfiyyətsiz görməkdənsə, onu etməmək daha doğrudur.

“Nə qədər ki, peşəkar dublyaj ilə məşğul olan studiyalar olmayacaq, filmlər Azərbaycan dilinə bərbad şəkildə dublyaj ediləcək. Qeyd etmək lazımdır ki, rus dilində olan filmlər isə olduqca keyfiyyətlidir”.

Yazıçı ictimai yerlərdə dil normalarının pozulmasından da gileylənib.

"İctimai yerlərdə olan afişalarda da yazılar çox biabırçı vəziyyətdədir. Yayda hələ dükanın satıcısından soruşuram ki, “Dondurma var?” üzümə baxır və məni başa düşmür. O, başa düşmədi ki, Azərbaycan dilində dondurma “marojna” deyil. Mətbuatımızda da vəziyyət eynidir. Dil normalarımız kobudcasına pozulur. Piyadaçı sözü hamının ağzına düşüb, sözün əslinin piyada olduğu ağla gəlmir. Oxucu deyib yorulduq, söz indi oxuyucu olub. Bunları tənzimləyən Dil İnstitutu var, ancaq fəaliyyətsizdir, nədənsə milyonlarla pulun hara xərcləndiyi bilinmir".

Sonda E. Şıxlı kinoteatrlarda filmlərimizin ana dilində nümayiş edilməsinin tərəfdarı olduğunu deyib, lakin...

"Kinoteatrlarda filmlərin dövlət dilində səslənməsinin tam tərəfdarıyam, amma keyfiyyətsiz və biabırçı dublyajdansa olmaması daha yaxşıdır. Bunun üçün işləmək lazımdır”.

Gülnar Səlimova

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hamısı