Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
Ednews apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
99 JT 145 dövlət nömrə nişanlı mikroavtobus “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır.
Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.