“İnsanlar avtobusda maska taxmayacaq ki, onsuz da cərimələr bağışlanıb” Fazil Mustafadan YENİ TƏKLİF

Cəmiyyət 16:01 19.02.2022

Son zamanlar qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmayanlara tərtib olunan 200 manat məbləğində olan cərimələr cəmiyyətdə böyük narazılıq yaradıb. Bu isə adətən vətəndaşın gəliri ilə tərs mütənasib olur.

Bildiyimiz kimi pandemiya dönəmində bir çox ölkələrdə karantin rejiminə görə cərimələr tətbiq edilib, lakin sonrada əhalinin yaşayış minimumları nəzərə alınaraq, bu cərimələri ləğv edilib. Qonşu Gürcüstanda insanların toplam cərimələrə görə dövlət büdcəsinə 20 milyon dollar borclu olmasına baxmayaraq, hökümətin qərarı ilə bu cərimələr əhaliyə bağışlanılıb.

Xatırladaq ki, hazırda bir sıra Avropa ölkələrində yoluxma sayına baxmayaraq, karantin rejimi ləğv olunub və tibbi maskaya görə tətbiq olunan cərimə də aradan götürülüb. Belə ki, mütəxəssislərin fikrincə, koronavirus pandemiyası ilə bağlı ən təhlükəli mərhələ artıq geridə qalıb.

Bəs, Azərbaycanda necə, cərimələr ləğv edilə bilərmi?

“Ümid” Partiyasının sədri İqbal Ağazadənin fikrincə, ümumiyyətlə, maskaya görə 200 manat məbləğində cərimənin tərtib olunması düzgün deyil. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“Axı niyə bu qədər cərimə tətbiq olunmalıdır? Hesab edirəm ki, cərimələr insanların aylıq və illik gəlirlərinə müvafiq olmalıdır. Azərbaycanda təəssüflər olsun ki, aylıq, illik gəlirlərə müvafiq cərimələr tətbiq olunmayıb. Minimum əmək haqqı 300 manat olduğu halda, adi yol hərəkəti qaydaların pozulmasına görə 10 manatdan başlamış 2000 manata qədər az qala cərimələr var və yaxud inzibati xətalarla bağlı nə qədər cərimələr müəyyən olunub. Bunlar düzgün deyil. Dəfələrlə bunu səsləndirmişəm. Bunu təklif kimi səsləndirmək heç nəyi dəyişməyəcək”.

Deputat Fazil Mustafa isə bildirib ki, cərimələrin bağışlanması barədə Milli Məclisə təkliflər verilib. Onun sözlərinə görə, hazırda cərimələrin ödənilməsi ciddi şəkildə tələb olunmur.

“Yəni niyə bunun ətrafında bu cür ajiotaj yaranıb? Əvvəllər bu intensiv idi, indi isə əksinədir. Bir-iki epizod var, amma kütləvi şəkildə cərimələr tətbiq edilmir. Kütləvi olsaydı, bu məsələni aktuallaşdırmaq olardı. Hazırda bu məsələyə bir az yumşaq yanaşılır”.

Millət vəkili bildirib ki, bütövlükdə cərimələrin ləğv edilməsinin tərəfdarıdır, çünki vətəndaşın imkanı elə də geniş deyil, amma...

“Hazırda vətəndaşı müvafiq qurumlar o qədər də sıxışdırmaq istəmir, çünki pandemiyanın psixoloji gərginliyini hamı başa düşür. Şadlıq evlərində o qədər də cərimə tətbiq olunmur. Gələcəkdə yaxın vaxtlarda pandemiya ortadan qalxandan sonra bu məsələni gündəmə gətirmək olar. İndi gətirsək, heç kim heç nəyə əməl etməyəcək. Avtobusda maska taxmayacaq ki, onsuz da cərimələr bağışlanıb. Bu da başqalarının həyatına təhlükə yaradan amillərdən biri olacaq. Digər ölkələrdə olan hər şeyi təkrar edə bilmərik. Ona görə fikrimcə, hələ tələsmək lazım deyil”.

Qeyd edək ki, 2021-ci il iyunun 23-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili koronavirusla bağlı karantin qaydalarını pozmuş vətəndaşların yığılmış cərimələrinin ləğvi təşəbbüsünü irəli sürüb. 2021-ci il sentyabrın 7-də Gürcüstan parlamenti 76 milyon lari (təxminən 25 milyon dollar) məbləğində cərimələrinin ləğvi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Əfv nəticəsində 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs həm inzibati, həm də cinayət məsuliyyətindən azad edilib.

Gülnar Səlimova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı